"3 növbəli iş rejiminə keçib, Azərbaycanı idxaldan azad edəcəyik"
Hazırda "Diamed Co" şirkətinin şpris istehsalı zavodunda ildə 50 milyon ədəd şpris istehsal edilir. Bunu şirkətin təsisçisi Aytən Quliyeva deyib.
“İndi zavodda 50 nəfər çalışır. Yaxın vaxtlarda biz 3 növbəli iş rejiminə keçəcək və ildə 150 milyon ədədə qədər müxtəlif həcmli şpris istehsal edə biləcəyik”, - deyə o, bildirib.
A.Quliyevanın sözlərinə görə, ildə 150 milyon ədəd şpris istehsalı Azərbaycana bu məhsulun idxalından tamamilə imtina etməyə imkan verəcək.
“Yaxın iki-üç il ərzində qonşu dövlətlərin bazarlarına çıxmağı planlaşdırırıq. O zaman şpris istehsalı tələbatdan asılı olaraq ildə 200-250 milyon ədədə çata bilər”, - deyə “Diamed Co” şirkətinin təsisçisi qeyd edib.
Onun sözlərinə görə, şpris istehsalı üçün lazım olan iynələr Yaponiyadan, xammal isə İsveçrədən gətirilir.
“Zavodumuzun məhsulları bütün beynəlxalq tələblərə cavab verir və keyfiyyət baxımından Avropa analoqlarından heç də geri qalmır. Məhsullarımızın qiymətlərinə gəldikdə, onlar Avropa analoqlarından ucuz, naməlum mənşəli şprislərlə müqayisədə isə təbii ki, bahadır”, - deyəA.Quliyeva əlavə edib.
O vurğulayıb ki, hazırda yerli bazarda şprislərin satışı ilə bağlı bəzi problemlər mövcuddur. “Belə ki, Azərbaycana gətirilən naməlum mənşəli şprislər çox ucuz və keyfiyyətsizdir. Qanunvericilikdə boşluq var və onu aradan qaldırmaq lazımdır. İdxal olunan şprislər qeydiyyata alınmalıdır. Lakin qanunvericilikdə olan boşluq idxalçılara bu prosedurdan yayınmağa imkan verir”, - deyə A.Quliyeva bildirib.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























