Atların kəsildiyi ferma AŞKAR EDİLDİ
Cəlilabad rayonunun Maşlıq kəndində qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olanlar aşkar edilmişdir
Martın 30-da məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən kənar arıq, xəstəliyə şübhəli, kəsim üçün hazırlanmış 32 (otuz iki) baş müxtəlif yaş qrupundan olan atlar və təzə kəsilmiş 31 baş atın daxili orqanları (qaraciyəri, ağciyər və s.) və fermanın həyətində xüsusi qazılmış çalada təzə kəsilmiş 31 ədəd atın baş-ayağı, ətdən ayrılmış at skeletləri, mötəviyyatla dolu mədə və bağırsaqlar, ana bətnində tam formalaşmış döl (at balası) və atın dəriləri aşkar olunmuşdur.
Eləcə də fermanın ərazisində ətrafa səpələnmiş çoxlu miqdarda köhnə at sümükləri (kəllə sümüyü, ön və arxa ətraf sümükləri, qabırğa və digər skeletlər) aşkar edilmişdir. Həmçinin köhnə quşçuluq fermasında kəsim üçün primitiv quraşdırılmış müxtəlif alət və ləvazimatlar (3 ədəd balta, 6 ədəd bıçaq, 2 ədəd primitiv quraşdırılmış tal, ətləri asmaq üçün qarmaqlar, 1 ədəd işıq generatoru, 1 ədəd bıçaq itiləmək üçün dəzgah, çoxlu miqdarda laxtalanmış qan gölməçələri) antisanitar vəziyyətdə aşkar olunmuşdur.
Saqif Abbasov burada antisanitar şəraitdə, qanunsuz, gizli olaraq, baytarlıq nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olmuşdur. Ferma sahibinin dediyinə görə, tədarük olunan at ətlərini Bakı şəhərindən xüsusi adamlar gəlib aparıblar.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında kəsilmiş atların daxili orqanlarından (qaraciyər və ağciyər s.) və baş nahiyəsinin ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Fermanın həyətində xüsusi qazılmış çalaya atın müxtəlif orqanları (atın baş-ayağı, qaraciyərləri, mədə və bağırsaqları, at skeletləri, atın dəriləri və s.) yığılaraq qanuna müvafiq şəkildə zərərsizləşdirilmişdir.
Xatırladırıq ki, Abbasov Saqif Tərlan oğlunun bu ilk əməl deyil. Alınan məlumata görə, Abbasov Saqif xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin 17 mart 2017-ci il tarixində də Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayonun Maşlıq kənd sakini Abbasov Saqif Tərlan oğlunun idarə etdiyi “QAZel" markalı 90-DG-562 dövlət nömrə nişanlı yük avtomobilində 1220 kq yararsız ətlər aşkar edilmişdir.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən həmin ətlərdən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at və iribuynuzlu heyvan əti (41 nümunədən 27-nin at 14-nün isə iribuynuzlu əti) olması müəyyən edilmişdir.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş atlardan (atların daxili orqanlarından və baş nahiyəsinin ətlərindən) götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
49 d. əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
1 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
1 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
2 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
2 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır






























