“Marcom” Polimer Sənaye Parkının loqosunu yenilədi
Kiçik və orta sahibkarlığa verdiyi marketinq dəstəyi ilə seçilən “Marcom” marketinq və kommunikasiyalar şirkəti “Polimer Sənaye Parkı” MMC şirkətinin yeni korporativ dəsti xəttini formalaşdırıb.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin “Marja”ya verdiyi məlumata görə, loqo “Alfabetik” üslubda yığılmışdır. Loqonun hazırlanmasında şirkət adının baş hərfləri daha müasir və fərqli formada təqdim olunmuşdur:
“Polimer Sənaye Parkı tərəfindən qarşımıza qoyulan məqsəd şirkətin loqosunda əks olunan PSP hərflərinə yeni nəfəs gətirmək idi. Biz də şirkət olaraq çalışdıq ki, təqdim etdiyimiz loqo nümunəsində şirkətin əsas fəaliyyət istiqaməti olan polimerin elasitkliyini və şirkətin istehsal etdiyi məhsulların keyfiyyətini daha qabarıq şəkildə loqo da əks etdirək. Şirkətimiz tərəfindən Polimer Sənaye Parkına 3 loqo konsepti təqdim olunmuşdu və onlar arasından bu loqo daha çox bəyənildi. Hal-hazırda yeni loqo şirkətə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunması üzrə işlər gedir”.
Qeyd edək ki, “Marcom” Marketinq və Kommunikasiyalar şirkəti hal-hazırda Polimer Sənaye Parkının yeni saytı üzərində də işlər aparır. Saytın yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























