Abşeron və Sumqayıtda LTE ilə simsiz xidmətlər başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xidməti ərazilərində son nəsil simsiz rabitə texnologiyasının qurulması və nəticədə əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, artıq LTE (Long Term Evolution) şəbəkəsi Abşeron rayonu üzrə Xırdalan şəhərində, Digah, Fatmayı, Məhəmmədli, Masazır, Mehdiabad, Novxanı bağları, Qobu, Saray qəsəbələrində, Sumqayıt şəhərinin 11-ci mikrorayon, Corat, Qurd dərəsi, H.Z.Tağıyev qəsəbələrində mövcuddur.
"Abşeron rayonunda və Sumqayıt şəhərində LTE texnologiyası üzərindən simsiz internet və telefoniya xidmətlərinin göstərilməsinə başlanılıb. LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir",- məlumatda deyilir.
Qeyd edək ki, LTE texnologiyası dünyanın bir çox ölkələrində tətbiq edilir və bu xidmətin abunəçilərinin sayı 4 milyarda çatıb.
Xatırladaq ki, Azərbaycanda LTE şəbəkəsinin tətbiqi üzrə layihəyə 2018-ci ilin əvvəlində start verilib. Pilot olaraq “Aztelekom” MMC tərəfindən Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurularaq sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Nəticədə qeyd olunan kəndlərdə abunəçilərin yüksəksürətli internetlə yanaşı, digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaranıb.
LTE üzərindən telekommunikasiya xidmətlərinin tətbiqi istiqamətində işlərin digər regionlarda da aparılması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























