“Azərbaycana gələn turistlər aviabilet qiymətlərindən narazıdır”
"Səyahət edən turistlər qonaqpərvərlik, milli mətbəx, qonaqlardan razı qalsa da, aviabilet qiymətlərindən, daxili nəqliyyatdan, görməli məkanların əlçatanlılığından narazıdırlar".
“İctimai təşəbbüsləri dəstəkləyirik, sağlam rəqabət formasının yaranmasının tərəfdarıyıq”.
Bu sözləri bu gün keçirilən Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O bildirib ki, sağlam rəqabət mühiti qiymət bazarına təsirsiz ötüşmür və bu da turistlərin səyahət üçün ölkəmizi seçməsində mühüm rol oynayır:
“Əhalinin maddi gəlirlərinin artımı da turizm sektorunun inkişafına xeyli töhvə verir və biz hazırda bu istiqaməti seçmişik. Mədəni irs bizim milli sərvətimizdir və onu qorumaq bizim vəzifəmizdir. Turistlərin bir dəfə yox, bir neçə dəfə ölkəmizə gəlməsini təşkil etmək lazımdır. Bizim də əsas məqsədimiz budur”.
Agentliyin Aparat rəhbəri Kənan Qasımov cari ilin icmalını təqdim edən zaman bildirib ki, ən vacib məsələlərdən biri statistik göstəricilərdir ki, qiymətləndirmələrə əsasən ötən ilə nisbətən turist axınında 10 faizə yaxın artım var: “Sorğulara əsasən ölkəmizə səfər edən turistlərin 60%-i ölkəmizə səyahət məqsədilə, 4% turist isə sağlamlıq məqsədilə gəlib.
Səyahət edən turistlər qonaqpərvərlik, milli mətbəx, qonaqlardan razı qalsa da, aviabilet qiymətlərindən, daxili nəqliyyatdan, görməli məkanların əlçatanlılığından narazıdır. Bu nəticələr bizim strategiyamızı müəyyən edir və bununla bağlı işlər aparılır. Hazırda sahibkarların işini asanlaşdırmaq üçün vergi güzəştlərinin tətbiq olunması ilə bağlı layihə hazırlanaraq dövlət orqanlarına təqdim olunub və düşünürəm ki, gələn ildən siz yeniliklərlə tanış ola biləcəksiz.
Bundan başqa, turistlərə yardım mərkəzlərinin yaradılması yekunlaşmaq üzrədir. Artıq bununla bağlı müzakirələr yekunlaşıb və sistem növbəti ildən tətbiq olunacaq”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
-
39 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 58 d. əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər




















