Azərbaycanın şərab şirkəti kiçilib, gəliri kəskin azalıb
“Göyçay Şərab” ASC 2018-ci ili 408 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə şirkətin xalis mənfəəti təxminən 4,7 dəfə artıb. ASC 2017-ci ili 86 min 848 manat xalis mənfəət ilə bağlamışdı. Mənfəətin artması “Göyçay Şərab”ın satışlarının artmasından deyil, xərclərinin kəskin azalmasından qaynaqlanıb.
SATIŞ AZALIB
“Marja” ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “Göyçay Şərab”ın əsas əməliyyat gəliri 3,6 dəfə azalaraq 4 milyon 414 min manata düşüb. 2017-ci ildə ASC-nin əsas əməliyyat gəliri 15 milyon 855 min manat təşkil etmişdi.
Şirkətin əməliyyat xərcləri isə 15 milyon 746 min manatdan 3 milyon 904 min manata geriləyib (4 dəfə azalıb). Xərclər daha çox azaldığından “Göyçay Şərab”ın əməliyyat mənfəəti 2017-ci illə müqayisədə 2018-ci ildə 4,7 dəfə çox – 510 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 102 min manat mənfəət vergisi ödəyib, beləliklə, ötən il 408 min manat xalis mənfəət ilə bağlanıb.
ŞİRKƏT KİÇİLİB
31 Dekabr 2018-ci il tarixində “Göyçay Şərab” ASC 6 milyon 966 min manat cəmi aktivlərə, 3 milyon 895 min manat cəmi öhdəliklərə, 3 milyon 71 min manat cəmi kapitala malik olub. ASC 2017-ci ilin sonunda 9 milyon 241 min manat cəmi aktivlərə, 6 milyon 469 min manat cəmi öhdəliklərə və 2 milyon 772 min manat cəmi kapitala malik idi. Ehtiyatların azalması aktivlərin, kreditor borclarının və digər öhdəliklərin azalması isə cəmi öhdəliklərin azalmasına səbəb olub. Ötən ilin mənfəəti ilə əlaqədar olaraq şirkətin cəmi kapitalı artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























