Azərbaycan Dünya Bankının kreditindən imtina edib
Azərbaycan hökuməti ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.
Dünya Bankından verilən məlumata görə, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51 milyon 196 min dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib.
"Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək", - bankdan bildirilib.
Qeyd edək ki, Azərbaycan hökuməti hələ 2019-cu ilin yanvarında DB-dən layihənin dayandırılmasını və qalan kredit məbləğinin qaytarılmasını istəmişdi. Bu müddət ərzində DB kreditin bir hissəsinin gözlənilən ləğvi nəzərə alınmaqla, kredit çərçivəsində tamamlanmalı olan işlərin həcmini hesablayıb.
"Beləliklə, layihənin dörd komponentinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 66 milyon 700 min dollarlıq kreditdən 15 milyon 504 min dollar istifadə edilib", - mənbə deyib.
Kreditin restrukturizasiyası çərçivəsində hər bir komponentin həcmi aşağıdakı kimi müəyyənləşdirilib: "Mikrolayihələr" üçün 3 milyon 510 min dollar (əvvəl 16 milyon 5 min dollar idi), "Məcburi köçkünlərin məskunlaşması üçün mənzil təmiri və sosial-iqtisadi infrastruktur" üçün 1 milyon 850 min dollar ( əvvəl 22 milyon 530 min dollar), “Yaşayış vasitələrinə dəstək" üçün 5 milyon 900 min dollar (20 milyon dollar) və “Layihənin idarə edilməsi, tətbiqetmənin dəstəklənməsi və potensialın genişləndirilməsi" üçün 2 milyon 670 min dollar (7 milyon 500 min dollar).
DB-nin bu kredit ehtiyatları IDP layihəsi üçün əlavə maliyyələşdirmə çərçivəsində 2016-cı ilin ortalarında Azərbaycana verilmişdi. 2001-ci ildən bəri DB Azərbaycanda yaşayış şəraitinin yaxşılaşdırılması və 500 mindən çox məcburi köçkünün gəlirlərinin artırılması üçün ümumi dəyəri 128 milyon 200 min dollar olan üç kredit ayırıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























