“AzerGold” Tacikistanın “Aprelevka” şirkətilə birgə fəaliyyəti müzakirə edib
Tacikistan Respublikasının “Aprelevka” müştərək mədən müəssisəsinin nümayəndələri 16-22 dekabr tarixlərində Azərbaycanda səfərdə olublar.
Səfərin ilk günü “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında görüş keçirilib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, həmçinin digər idarə heyətinin üzvləri və aidiyyatı şöbələrin rəhbərləri, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli, “Aprelevka” müştərək mədən müəssisənin baş mühəndisi Farrux Boboev, baş geoloqu Baxador Talbonov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.
Qonaqları salamlayan Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib, təcrübə mübadiləsinin əhəmiyyətindən və əməkdaşlıq perspektivlərindən danışıb.
Tacikistanlı nümayəndə heyəti təcrübə mübadiləsi üçün yaradılan şəraitə görə təşəkkür edib, bu səfərin əməkdaşlıq baxımından səmərəli olacağını bildirib.
Səfər çərçivəsində qonaqlar “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində olublar. “Aprelevka” müştərək mədən müəssisənin mütəxəssisləri Çovdar mədənin qırma-ələmə, topa qələviləşdirmə sahələrində mövcud maddi-texniki baza ilə tanış olub, adsorbsiya desorbsiya və emal zavodu, laboratoriyaya baxış keçiriblər. Qonaqlara hasilat prosesi ilə yanaşı, işçilərin sağlamlığının qorunması və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şərait və ətraf mühitin mühafizəsinə dair görülən işlər barədə də məlumat verilib.
Səfərin davamında nümayəndə heyəti Cəmiyyətin Ağyoxuş və Tülallar sahələrinə də baş çəkərək, geoloji kəşfiyyat, buruq-qazma işlərində istifadə edilən texnika və avadanlıqlarla tanış olub, kəşfiyyat işləri zamanı götürülmüş kern nümunələrinin saxlanıldığı anbarlara baxış keçiriblər. Cəmiyyətin mütəxəsisləri hasilat prosesinin bütün mərhələləri barədə ətraflı məlumat verib və qonaqları maraqlandıran sualları cavablandırıblar.
Daha sonra tərəflər geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar. Tanıtım-təcrübə səfəri tacikistanlı qonaqlarda dərin təəssürat yaradıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















