"Onlar bizdən yenə də nar ixracını həyata keçirməyimizi istədilər"
“2020-ci ildə Azərbaycan Avropaya nar ixracını genişləndirəcək”
.
Bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov deyib.
O bildirib ki, bu il Fransaya 18 ton nar ixrac edilib:
“Fransanın Azərbaycan narına marağı böyükdür. Bizim narımız Fransada böyük rəğbətlə qarşılandı. Gələn il Fransaya nar ixracında daha böyük rəqəmlər qeydə alınacaq. Fransa ilə yanaşı bu il Polşaya 36 ton nar ixrac etdik. Polşanın da Azərbaycan narına marağı böyükdür. Onlar bizdən yenə də nar ixracını həyata keçirməyimizi istədilər. Lakin Avropa standartlarına uyğun məhsul vermək bizə çətin oldu. Çünki Polşa ilə müqavilə gec bağlanmışdı. Hesab edirəm ki, gələn il Polşaya da Azərbaycan narının ixracı geniş həcimdə olacaq. Ümumiyyətlə, Avropa ölkələrində yeni ixrac bazarları tapmaq istəyirik”.
F.Qaraşovun sözlərinə görə, Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu (AZPROMO) “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı xarici ölkələrdə də bir sıra sərgilərdə iştirak edirik: “Məqsədimiz budur ki, bir sıra məhsullarımızı nar daxil olmaqla, Azərbaycan brendini xarici ölkələrdə tanıdaq”.
2018-ci ildə ölkədə 155 min ton nar istehsal olunub və onun 9,3 min tonu ixrac edilib, bundan da 12,3 mln ABŞ dolları həcmində gəlir əldə edilib. Bu il isə Azərbaycan nar ixracından 6,4 mln ABŞ dollar həcmində gəlir əldə edib.
Xatırladaq ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir.
Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
3 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
4 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib






















