Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu
(®) Ölkədə kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılmasını hədəfləyərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC, “Kaspersky” şirkətinin dəstəyi ilə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün xüsusi təlim keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində baş tutan təlimə video-konfrans vasitəsilə Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ kimi regionlardan müəllimlər qoşularaq, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə yaxından tanış olublar. Təlimdə 70 ümumi təhsil müəssisəsinin 100 informatika müəllimi iştirak edib.
Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edən Azercell şirkəti, 2018-2019-cu illər ərzində ölkəminiz müxtəlif bölgələrini əhatə edərək, təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər təşkil edib. Təkcə son 1 il ərzində 588 şagird, 78 müəllim və 76 valideyn kibertəhlükəsizlik mövzusunda maarrifləndirilib. Azercell-in təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu təlimlərdə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin mütəxəssisləri tərəfindən uşaqlara internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti kimi mövzulardan bəhs edilib. Müəllim və valideynlər isə, öz növbələrində, qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları və internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar ilə tanış olublar.
Xatırladaq ki, Azercell internetdən təhlükəsiz istifadə istiqamətində fəaliyyətini, həmçinin innovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslər ilə də davam edir. Belə ki, ötən il Azercell dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə "Azercell Kids" (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Valideyn nəzarətinə tam zəmanət verən “Azercell Kids” uşaqları yaş filtrasiyası olan populyar rəqəmsal məzmun ilə təmin edib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 13 d. əvvəl
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















