Vaxtı keçmiş kreditlər “Naxçıvanbank”ın xalis mənfəətini azaldıb
“Naxçıvanbank” ASC 2019-cu ili 5 milyon 179 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Naxçıvanbank” ASC 2017-ci ili 4 milyon 7 min manat, 2018-ci ili 5 milyon 429 min manat xalis mənfəət ilə bağlamışdı. İllik müqayisdə Bankın xalis qazancı 250 min manat və ya 4,6% azalıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “Naxçıvanbank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 12 milyon 213 min manat, o cümlədən faiz gəlirləri 7 milyon 968 min manat, qeyri-faiz gəlirləri 4 milyon 245 min manat təşkil edib.
Qeyd edək ki, 2018-ci ildə “Naxçıvanbank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 10 milyon 983 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 960 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 23 min manat təşkil edib.
2019-cu ildə Bank 7 milyon 578 min manat əməliyyat mənfəəti əldə edib. 2018-ci ildə bu rəqəm 6 milyon 962 min manat idi.
2018-ci illə müqayisədə 2019-cu ildə əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətinin azalması Bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarının 10 dəfəyə yaxın artması ilə əlaqədardır. 2018-ci ildə cəmi 110 min manat olmuş ayırma 2019-cu ildə 1 milyon 59 min manat təşkil edib. Daha çox ayırma ödəmə vaxtı keçmiş kreditlərin artdığına işarədir.
2019-cu ilin sonunda “Naxçıvanbank” 232 milyon 21 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 92 milyon 446 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, 31 Dekabr 2018-ci il tarixində “Naxçıvanbank” 196 milyon 541 min manat cəmi aktivlərə malik idi. Aktivlərin 64 milyon 854 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























