“Bank BTB”nin xalis mənfəəti necə 10 dəfə artıb?
“Bank BTB” ASC 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 10,6 dəfə çoxdur. “Bank BTB” 2018-ci ili 704 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Bank BTB”nin cəmi faiz və qeyri-faiz gəlirləri 28 milyon 814 min manat, cəmi faiz və qeyri-faiz xərcləri 26 milyon 157 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bank 2 milyon 658 min manat əməliyyat mənfəəti əldə edib. Eyni zamanda əvvəlki dövrlərdə yaradılmış xüsusi ehtiytdan 4 milyon 865 min manatın azad olub. Xüsusi ehtiyatdan azadolma ilə “Bank BTB”nin mənfəəti 7 milyon 523 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bank BTB”nin cəmi gəlirləri 25 milyon 657 min manat, cəmi xərcləri 24 milyon 226 min manat təşkil etmiş, həmin il 1 milyon 431 min manat əməliyyat mənfəəti əldə etmişdi. Əməliyyat mənfəətinin 726 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıldığından Bank 2018-ci ili 704 min manat xalis mənfəət ilə başa vurmuşdu.
2018-ci ildə faiz gəlirləri 19 milyon 69 min manat ikən 2019-cu ildə 22 milyon 17 min manat, 2018-də qeyri-faiz gəlirləri 6 milyon 588 min manat ikən, 2019-cu ildə 6 milyon 797 min manat təşkil edib.
Qısası, ötən il Bankın xalis mənfəətinin artmasının böyük hissəsi ehtiyatdan qayıdan vəsait hesabına baş versə də, bir hissəsi də gəlirlərin artmasından qaynaqlanıb.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın bir hissəsinin azalması “Bank BTB”də ödəmə vaxtı keçmiş kreditlərin azaldığına işarədir. Ötən il dövlətin dəstəyi ilə vətəndaşların 10 min dollaradək gecikmədə olan kreditləri ödənilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























