Energetika naziri və SOCAR-ın prezidenti Ukraynaya gedirlər
Yanvarın 31-də Kiyevdə Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.
Energetika Nazirliyindən bildirilib ki, komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, infrastruktur, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib. Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Hökumətlərarası Komissiyasının 12-ci iclasının yekunlarına dair Protokol və bir neçə sənədin imzalanması nəzərdə tutulub.
Komissiyanın iclası çərçivəsində yanvarın 29-da Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, eləcə də bir sıra qurumlar və işgüzar dairələrin nümayəndələrindən ibarət heyət Odessada bir sıra infrastruktur obyektlərinə baş çəkəcək. Yanvarın 30-da isə “Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu”nun növbəti iclası və biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















