"Noyabr və Dekabrda Bankın gəliri 7 milyon manatdan çox olub" - SƏDR
Bazarda mikro, kiçik və orta biznes kreditləri üzrə lider olan AccessBank 2019 – cu ilin dördüncü rübü üzrə maliyyə hesabatınına dair məlumat yayıb.
Məlumatda bildirilir ki, rüb ərzində AccessBank-ın aktivləri 73 milyon 610 min manatlıq artım nümayiş etdirərək 897 milyon 886 min manata çatıb.
AccessBank-ın kredit portfeli artım nümayiş etdirib. Sentyabr ayının sonuna 498 milyon 979 min manat həcmində olan xalis kredit portfeli dördüncü rübün yekununa 536 milyon 428 min manata yüksəlib ki, bu da 37 milyon 449 min manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 610 milyon 958 min manat təşkil edib. Həmçinin qeyd etmək lazımdır ki, 99.8% kreditlər manat valyutasında verilmişdir.
Rüb ərzində depozit portfeli də mühüm artım nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 14 milyon 247 min manat artaraq 660 milyon 960 min manata çatıb. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 159 milyon 822 min manat artıb.
Dördüncü rübün sonuna bank 13 milyon 782 min manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. Qeyd olunan rübün sonuna bankın gəlirləri 76 milyon 55 min manata çatıb ki, bu da ötən rüblə müqayisədə 16 milyon 63 min manat artım deməkdir.
Hazırda bankın məcmu kapitalı 76 milyon 90 min manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 26 milyon 90 min manat çoxdur.
Dekabr ayının sonuna bankın ani likvidlik əmsalı 66.35% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.2 dəfə çoxdur.
Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: “Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. Bankın Noyabr və Dekabr ayları üzrə gəliri 7 mln. manatdan çox olmuşdur. AccessBank müştərilərin etibarlı tərəfdaşı qalmaqda davam edir. Bütün bunlar komandamızın dinamik, məhsuldar və çalışqan fəaliyyəti nəticəsində mümkün olmuşdur. Əsas məqsədimiz – sahibkarlarla effektiv əlaqələrin qurulması və onların inkişafına hərtərəfli dəstək göstərməkdir".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























