Minlərlə mütəxəssis bu regional marafona qoşulur
® İnnovativ mədəniyyətin inkişafına dəstək verən Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyası ilə birgə ölkəmizdə ilk dəfə olaraq regional hakaton elan edib.
“IBA Regional Hackathon” adı altında həyata keçirilən bu təşəbbüs FinTech sferasında ən genişmiqyaslı ideya marafonudur. Hakatonlarda müvafiq bacarıqlara malik peşəkarlar müəyyən mövzularda problemlər ətrafında bir araya gəlir. Problemləri yaradıcı şəkildə həll etmək üçün proqramlaşdırma layihələri hazırlayır.
29 fevral - 1 mart tarixlərində keçiriləcək “IBA Regional Hackathon”unda proqramçılar, dizaynerlər, sahibkarlar, eləcə də maliyyə-texniki sahədə innovasiyaların tətbiqi və inkişafı ilə maraqlanan hər kəs iştirak edə bilər. İştirakçılar təşkilati tərəfin formalaşdırdığı komandalarda çalışacaq, digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq öz layihələrini münsiflərə təqdim edəcəklər.
“IBA Regional Hackathon”da formalaşmış komandalara bir neçə mövzu seçimi təklif ediləcək. Bununla belə iştirakçılar özləri də müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər. Kiçik və orta sahibkarlığa dəstək, ödənişlər, müştəri məmnuniyyəti və loyallığına dair innovativ ideya və həllərə xüsusi üstünlük veriləcək.
Burada Azərbaycandan və qonşu ölkələrdən olan 150-dən çox iştirakçıdan formalaşmış ən azı, 35 komandanın gərgin yarışması gözlənilir. Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş 25 peşəkar mentor çalışacaq. Mentorlar da, “IBA Regional Hackathon”una metodoloji dəstək verən təşkilati komanda da Intel, Raiffeisen Bank International, Facebook, Amazon, Vodafon kimi şirkətlər üçün də bu cür tədbirlərin keçirilməsi prosesində iştirak edib.
Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 10000, 2-ci yerin qalibi üçün 5000, 3-cü yerin qalibi üçün 3000 manat məbləğində mükafat nəzərdə tutulub. İştirakçı irəli sürdüyü ideyanın FinTech və ya bank sistemlərinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar.
Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan “Azerikard” prosessinq mərkəzinin və “Bank ABB-Moskva”nın əməkdaşları “IBA Regional Hackathon”unda iştirak etmir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Biz çox sürətlə dəyişən dünyada yaşayırıq. Həyatımızı bu dəyişikliklərlə uzlaşdıra biləcək yeni ideyalara ehtiyac var. “IBA Regional Hackathon”-unun keçirilməsi və Azərbaycan Beynəlxalq Bankının yerinə yetirdiyi digər innovativ layihələr də bu zərurətdən irəli gəlir. Ötən ilin sentyabrında IBA Tech Akademiyasını yaratdıq. “IBA Regional Hackathon”u isə Azərbaycanda innovasiyalar bazarının lideri olmaq üçün növbəti addımımızdır. Bu təşəbbüs innovativ ideyalara malik istedadlara dəstək olacaq. Onları bir araya gətirəcək, ölkəmizdə IT ekosisteminin inkişafına təkan verəcək. Əlbəttə, bu tədbir IT və biznesin inteqrasiyasına, maliyyə-texniki sahədə bir sıra faydalı innovativ layihələrin reallaşdırılmasına da kömək göstərəcək”.
“IBA Regional Hackathon” Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Ətraflı məlumat və qeydiyyat üçün: https://www.ibahackathon.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
2 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
2 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb



















.jpg)




