Çinin internet nəhəngi ilk 10-a girdi
"Wechat" adlı mobil tətbiqilə tanınan Çinin texnologiya nəhəngi "Tencent" 279 milyard dollarlıq bazar dəyəri, hələ də "Apple"ın bir nömrə olduğu dünyanın ən qiymətli ilk 10 birja şirkəti arasına girməyi bacarıb.
"Marja" xəbər verir ki,"Tencent"i Honq Konq birjasında Çərşənbə günü 1,6 faiz artımla 279 milyard dollarlıq bazar dəyərinə çatıb və beləliklə, Nyu-York birjasında 275,1 milyard dollardan bağlanan Amerikanın maliyyə qurumu "Wells Fargo"yu geridə qoymuşdur. Hazırda dünyanın ən dəyərli on şirkətindən altısı texnologiya şirkətidir. İlk dörd sırada Apple, Alphabet (Google), Microsoft və Amazon yer alır.
Honq Konq birjasında əməliyyat görən Çinin "Tencent" şirkətinin bazar dəyəri son on iki ayda 44 faiz artıb. Keçən ilin sentyabr ayında "Tencent", o vaxta qədər bazar dəyəri baxımından birinci olan "China Telecom"u geridə qoyaraq Çində birja dəyəri ən yüksək şirkət olmağı bacarıb. Analitiklər qiymət artımının davam edəcəyini təxmin edirlər.
Şenzendə 1999-ci ildə yaradılan qrupun maliyyə vəziyyətinin güclənməsində xüsusilə mobil telefon oyunlarının populyarlıq qazanması mühüm rol oynayıb. Ağıllı telefonlar üçün inkişaf etdirdiyi "Honour of Kings" kimi oyunlar sayəsində dövriyyəsində 25%-lik bir artım baş verib. Xüsusilə də ötən il, "Clash of Clans"ın yaradıcısı olan Finlandiyanın video oyun studiyası "Supercell"in əksəriyyət hissəsini 8,6 milyard dollara satın alması ilə oyun sektorundakı mövqeyini daha da möhkəmləndirib.
Çinin "Tencent" şirkəti onlayn məcrada reklamdan oyunlara, musiqi, ödəmə, video məzmun istehsalı və hətta e-ticarətə qədər çox geniş bir spektrdə imperiya yaratmış durumdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






