"Yekunda faizləri azaltmaqla gəlirliliyi təmin edən banklar udacaq"
Mərkəzi Bank uçot dərəcələrini azaltmaqda davam edir. Meqa tənzimləyici əlindəki alətlər ilə bankların kreditlər üzrə faiz dərəcələrini də azaltmağa təsir göstərir.
Marja-nın məlumatına görə, “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, Mərkəzi Bankın bu addımları bazar üçün müəyyən bir sabitlik siqnalıdır. Digər tərəfdən, faiz dərəcələrini əsaslandıran müəyyən amillər mövcuddur:
“Buraya vəsaitlərin özlərinin, bankın əməliyyat xərclərinin dəyəri və s. aiddir. Bütün bunlara kompleks yanaşma tələb olunur. Daha böyük effektivliyə nail olmaq naminə bankın daxili optimallaşdırma üzrə həyata keçirdiyi tədbirlər, birmənalı olaraq, bu və ya digər kredit məhsulu üzrə əməliyyat xərcini azaldacaq. Məsələn, mobil qurğular vasitəsi ilə müxtəlif əməliyyatların həyata keçirilməsi kassirlərə və filiallara çəkilən xərcləri azaltmaqda banklara kömək edəcək.
Digər tərəfdən, əmanət dərəcələri ləng də olsa, azalır. Risk amilləri də kredit dərəcəsini artırmaq zərurəti yaratmır. Buna görə də, düşünürəm ki, kredit dərəcələri aşağı düşəcək”.
100% xarici kapitallı Bankın sədri bildirib ki, böyük kredit portfelinə malik olan və faiz dərəcəsini azaltmaqla ümumi səviyyədə gəlirliliyi təmin etməyə qadir olan banklar udacaq.
“Real iqtisadi sektorun inkişafından danışarkən qeyd etmək istərdim ki, bir neçə il bundan əvvəl bir çox oyunçular istehlak portfellərinə böyük vəsaitlər yatırır və öz bizneslərini istehlak kreditlərinin verilməsi üzərində qururdular. Son zamanlarda da buna xüsusi diqqət ayrılır. Bununla belə, istehlak kreditləri vasitəsi ilə biznesləri sabah “həzm edə” bilməyəcəkləri məbləğlə yükləmək olmaz. Düşünürəm ki, bu seqmentdə ciddi tənzimləyici tədbirlərin görülməsi bankların likvidliyinin yüksəlməsinə gətirib çıxaracaq, bu isə, öz növbəsində, əmanət dərəcələrinin və beləliklə də, kredit dərəcələrinin azadılmasına şərait yaradacaq. Bu zaman mövcud rəqabəti də unutmaq olmaz. Yekun nəticədə, ənənəvi olaraq, böyük kredit portfelinə malik olan və faiz dərəcəsini azaltmaqla ümumi səviyyədə gəlirliliyi təmin etməyə qadir olan banklar udacaq”.
HƏMÇİNİN OXU: “2020-ni yüksək mənfəətlə başa vurmaq niyyətindəyik” – MÜSAHİBƏ
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















