Azərbaycan şirkəti 500 min unsiya qızıl ehtiyatı olan sahədə hasilata hazırlaşır
Qızıl daxil digər qiymətli metalların hasilatı ilə məşğul olan dövlətə məxsus “AzerGold” QSC yeni sahələrin işə salınması üzrə də intensiv işlər görür.
Marja-nın məlumatına görə, “AzerGold” QSC-də 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, 2021-ci ildə “Çovdar” yatağının cınaqları, yəni “AzerGold”un geoloqları tərəfindən kəşf edilən “Ağyoxuş” və “Mərəh” sahələrinin istismara verilməsi planlaşdırılır:
““Ağyoxuş” yatağının potensialı 40 min unsiya qızıl hesablanıb. “Mərəh” sahəsində də ilkin kəşfiyyat işləri müsbət nəticələnib, ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. Göygöl rayonunda yerləşən və potensial resursu 500 min unsiya qızıl qiymətləndirilən “Tulalar” yatağının şimal hissəsində hasilat işlərinə start vermək üçün kəşfiyyat və layihələndirilmə işlər bu il də davam da etdiriləcək. “Tulalar” yatağının cənub hissəsində də resursların artırılması üzrə üzrə əlavə qazma işləri sona çatdırılıb, cari ildə resursların hesablanması aparılacaq. “Ağyoxuş”, “Mərəh” və “Tulalar” sahələrində 2021-ci ildə hasilata başlamaq nəzərdə tutulur”.
Zakir İbrahimov əlavə edib ki, “Çovdar” yatağının yeraltı sulfid fazasının təsdiqlənmiş ehtiyatları 350 min unsiya qızıl və 925 min unsiya gümüşdür: “Resurların artırılması istiqamətində əlavə qazma işləri həyata keçirililmişdir. “Çovdar” yatağının yeraltı sulfid fazasında hasilata 2024-cü ildə başlamaq nəzərdə tutulub”.
Şirkətin sədri bildirib ki, filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilən “Filizçay”da da hasilatın başlaması üçün işlər görülür. “Filizçay”da ilkin hesablanmış filiz ehtiyatları 60 milyon tondur, planlaşdırılan tədqiqat işləri nəticəsində ehtiyatların 120 milyon tona kimi artacağı gözlənilir. Biz bütün qüvvələrimizi səfərbər etmişik ki, hasilata 2025-ci ildə başlayaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)









