Yapı Kredi Bank Azərbaycan kredit faizlərini endirdi!
Yapı Kredi Bank Azərbaycan nağd kredit şərtlərində dəyişiklik edərək, kredit faizlərini endirib.
Belə ki, Banka müraciət edən müştərilər müddəti 36 aya qədər olan nağd istehlak kreditlərini yeni və təkrar müştəri olmasından asılı olaraq illik 18%-dən başlayaraq sərfəli şərtlərlə əldə edə biləcəklər.
Bankın maaş müştərilərinin təkrar kreditləri üçün faiz dərəcəsi hətta 15% olaraq müəyyən edilib.
Ən gözəçarpan dəyişiklik daşınmaz əmlak (bankdaxili ipoteka) kreditində olub. İpoteka kreditinin maksimal müddəti 2 dəfə uzadılaraq 120 aya (10 ilə) çatdırılıb, faiz dərəcəsi 5% azaldılaraq yeni və təkrar müştərilər üçün müvafiq olaraq illik 13 % və 12% olaraq müəyyən edilib.
Bununla yanaşı, avto kredit faiz dərəcələri 4% endirilib; artıq bankdan daha əvvəl kredit almış şəxslər illik 14% ilə avtomobil krediti əldə edə biləcəklər. Yeni müştərilər üçün illik faiz dərəcəsi 15% olacaqdır.
Bundan əlavə xarici valyuta – həm dollar, həm də avro ilə depozit qarşılıqlı verilən valyuta kreditlərində illik kredit faizi 4% endirilərək 8.1%-8.5% həddinə salınıb.
Kredit növü | Yeni müştərilər üçün | Təkrar müştərilər üçün |
Nağd pul krediti | 19.90% | 18% |
Neft Qaz və IT Telekomunikasiya sahəsində çalışanlar üçün | 18% | 17% |
Maaş müştərilərinə | 16% | 15% |
Sürətli Kredit | 21% | 20% |
Səyahət krediti | 20% | 19% |
Avtokredit | 15% | 14% |
Daxili ipoteka krediti | 13% | 12% |
Valyuta depoziti qarşılıqlı Valyuta kredit (+ 8%) | 8.10% - 8.5% | 8.10% - 8.5% |
Valyuta depoziti qarşılıqlı AZN kredit (+ 12%) | 12.1%-12.5% | 12.1%-12.5% |
AZN depoziti qarşılıqlı AZN kredit (+ 7%) | 12.00% | 12.00% |
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























