Ən yuxarı (mobil)-2_30

"Walt Disney"in 15 illik rəhbəri istefa verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Walt Disney"in 15 illik rəhbəri istefa verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük media şirkəti "Walt Disney"in İcraçı direktoru (CEO) 69 yaşındakı Bob İger vəzifəsindən istefa verib. İgerin yerinə Bob Chapek götürülüb.  

 

Reklam_3_11

"Marja" "Financial Times"a istinadən xəbər verir ki, Bob İger 2005-dən bu yana "Walt Disney"də CEO  vəzifəsində çalışırdı. O, 2021-ci ilin sonuna qədər bu vəzifədə qalmaq üçün imza atmışdı.

 

Qərarın ictimaiyyətə açıqlanmasının ardından şirkətin səhmləri 3%-dən çox dəyərdən düşüb.

 

İger, qərarının müəyyən bir səbəbi olmadığını, gündəlik işləri təhvil verib daha çox yaradıcı işlərə fokuslanmaq istədiyini söyləyib. 

 

"NETFLIX" İLƏ RƏQABƏT ÜÇÜN "DİSNEY+"U QURULMUŞDU


İger dövründə "Walt Disney", "Pixar", "Marvel", "Lucasfilm" kimi şirkətləri satın almışdı.

 

"Walt Disney", "Netflix"in film sənayesində yaratdığı sarsıntının ardından öz onlayn platforması olan "Disney+"u qurmuşdu.

 

"Disney+" yalnız 3 ayda 28 milyon üzvü aşmışdır. "Disney+" gələn ay Britanya və Avropa bazarına çıxacaq.

26.02.2020 09:30

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar