Cərimə xofu ilə daşınmaz əmlakın icbari sığortasında sıçrayış

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 10 milyon 101,2 min manat sığorta haqqı yığılıb.
Marja Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4 milyon 153.8 manat və ya 70% artım deməkdir. Ötən ilin Yanvar ayında daşınmaz əmlakın icbari sığortası növü üzrə 5 milyon 947,4 min manat sığorta haqqı yığılmışdı.
Bu müddətdə adıçəkilən sığorta növü üzrə ödənişlərin həcmi də 98% artaraq 306,6 min manatdan 606,6 min manata yüksəlib.
Qeyd edək ki, ötən ilin sonunda əhaliyə Yanvarın 1-dən evlərini sığorta etdirməsələr 50 manat cərimə yazılacağı xəbərdarlığı edilmişdi. Cərimədən narahat olan bir çox vətəndaş mənzillərini icbari sığorta etdiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 59 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
4 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
4 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
5 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
