POS-terminalların sayı “maliyyə sanksiyası qorxusu ilə” artır
Maliyyə sanksiyası ticarət və xidmət müəssisələrini qorxudub.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin Yanvar ayında POS-terminalların sayı 1336 ədəd artaraq 68 min 804 ədədə çatıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar ayında ticarət və xidmət obyektlərindəki POS-terminalların sayı 135 ədəd azalaraq 65 min 975 ədədə düşmüşdü. Yanvardan sonra, 2019-cu ilin 11 ayı ərzində POS-terminalların sayı 1493 ədəd artaraq ilin sonunda 67 min 468 ədədə çatmışdı. Buna səbəb Vergilər Nazirliyi tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi olub.
Yanvarda pərakəndə ticarət obyektlərində POS-terminalların sayı 1368 ədəd artaraq 67 min 339 ədədə çatıb. Digər sektorlarda POS-terminalların sayı isə 32 ədəd azalıb.
POS-terminalların 41 min 917 ədədi Bakıda, 26 min 887 ədədi regionlardadır.
2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox yol verildikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq olunur.
POS-terminalların quraşdırılması məcburi olan obyektlər aşağıdakılardır:
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergiödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri,
- istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























