Günay Sığorta-dan sosial video çarx - "Avtomobillərdə Uşaq Təhlükəsizliyi"
(®) Günay Sığorta, Azərbaycan Milli Avtomobil Klubu və Beynəlxalq Avtomobil Federasiyası Fondunun dəstəyi ilə "Avtomobillərdə Uşaq Təhlükəsizliyi" layihəsi çərçivəsində sosial video çarx hazırlamışdır.
Bildiyimiz kimi dünyada yol qəzalarında hər 4 dəqiqədə 1 uşaq həyatını itirir. Bundan əlavə, yol qəzalarının qurbanları olan uşaqların 36%-i sərnişinlərdir. Bunun üçün də 12 yaşına qədər hər bir uşaq avto oturacaqlardan istifadə etməlidir. Uşaq avto oturacaqlarından düzgün istifadə qəza zamanı uşaqların xəsarət alma riskini 80%-ə qədər azaldır.
Qeyd edək ki, şirkət 2020-ci ilin yanvar ayında Azərbaycan Milli Avtomobil Klubu (AMAK), Təhsil Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Azərbaycanın dəstəyi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” layihəsinə də dəstək olmuşdur. Layihənin davamı olaraq sosial video çarx təqdim olunmuşdur.
“Korporativ-Sosial Məsuliyyət” Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur. 2020-ci il üzrə sosial layihələrin davamlı olaraq həyata keçirilməyi planlaşdırılır.
Gəlin gələcəyimiz olan uşaqların həyatını təhlükəyə atmayaq!
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 12 d. əvvəl
-
- 30 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















