"Atəşgah" Sığorta Qrupu pandemiya ilə bağlı yeni xidmət üsulu tətbiq etdi
(®) Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və Azərbaycanda virusun qarşısının alınması istiqamətində Respublika Prezidentinin tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.
Bütün bunları düşünərək,sosial məsuliyyət olaraq missiyası “Azərbaycanın mədəni irsinin qorunub saxlanılması,ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq” olan “Atəşgah” Sığorta Şirkəti, ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması və vətəndaşlar arasında məsafə saxlanılması məqsədi ilə müştərilərə xidmətində tam yeni yanaşma prosesi tətbiq edərək satış və tənzimləmə prosesini yeniləmişdir.
“Atəşgah” Sığorta Şirkətindən mövcud olan sığorta növlərini əldə etmək istəyən vətəndaşlar, istər Şirkətin rəsmi internet səhifəsindən online (www.ateshgah.com), istər Şirkətin qaynar xəttinə zəng edərək (012-940) və istərsə də satış üçün aktiv edilmiş biznes Whatsapp nömrəsinə (+99455 254 80 10) müraciət edə bilərlər.
Bundan əlavə, “Atəşgah” SŞ öz müştərilərini və həmkarlarını düşünərək, işləri üzrə sənədləri təmassız və ya online şəkildə “Zərərlərin tənzimlənməsi” ofisinə təqdim etmə imkanını yaratmışdır. Belə ki, artıq Müştəri baş vermiş hadisə ilə bağlı, təqdim edəcəyi zəruri sənədləri aşağıda qeyd olunan yollarla Şirkətə çatdıra bilər:
Sənədləri kağız variantda təqdim etmək istəyən müştərilər üçün, “Zərərlərin tənzimlənməsi” ofisində müvafiq qutu yerləşdirilib. Qəza komissarı tərəfindən hər bir müştəriyə hadisə yerində, öncədən hazırlanmış zərf təqdim olunur (zərfə bildiriş forması və sığorta tələbi daxildir). Müştəri öz növbəsində təqdim etməli olduğu sənədləri zərfə yerləşdirməli və onu “Zərərlərin tənzimlənməsi” ofisində yerləşən müvafiq qutuya atmalıdır.
Sənədləri elektron variantda təqdim etmək istəyən müştərilər üçün isə 3 vasitə təklif olunur:
1. www.ateshgah.com saytına daxil olaraq, saytda yerləşən “Şəxsi kabinet” bölümündə qeydiyyatdan keçməklə, sənədlərin fotoşəkillərini və ya skan olunmuş variantlarını online yükləməlidir. Yüklənmiş sənədlər müştəri xidmətləri şöbəsinin e-mail ünvanına daxil olaraq əməkdaşlar tərəfindən təhlil olunacaqdır.
2. Sənədlərin fotoşəkillərini çəkməli və Şirkətin korporativ Whatsapp nömrəsinə göndərməlidir. Whatsapp: (+994) 55 209 04 43;
3. Sənədlərin fotoşəkillərini və ya skan olunmuş variantlarını sadəcə [email protected] ünvanına göndərməlidir.
Qeyd etmək lazımdır ki, “Zərərlərin tənzimlənməsi” ofisinin Müştəri Xidmətləri Şöbəsi həftə içi 09:00-dan 17:30-dək aşağıdakı nömrələr ilə müştərilərin xidmətindədir:
Zərərlərin qiymətləndirilməsi ilə bağlı: - (+994) 55 209 08 85
Sənədlərin qəbulu ilə bağlı: - (+994) 55 209 04 43; - (+994) 55 209 04 45; - (+994) 55 209 04 46
Baş ofis: (012) 940
Bundan əlavə, müştərilərinin sağlamlığını və təhlükəsizliyini düşünərək “Atəşgah” Sığorta Şirkəti, “Sphera Healthcare AZ” Şi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
42 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
47 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















