Moodys Xalq Bankın reytinqlərini təsdiqlədi
Koronavirus pandemiyası və dünya bazarlarında neftin ucuzlaşması ilə bağlı yaranan yeni çağırışlar ölkənin bütün iqtisadi sahələrinin daimi təhlilini zəruri edir. Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun durumunu nəzərdən keçirərək bu sahəyə təsir edən bütün amilləri araşdırıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, təhlil çərçivəsində agentlik ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib.
Agentliyin analitikləri koronavirusun dünyada sürətli və geniş yayılması fonunda qlobal iqtisadiyyatın perspektivlərinin pisləşməsi, neftin qiymətinin kəskin düşməsi və digər amillərin Bankın gəlirliliyinə mənfi təsir göstərə biləcəyini ehtimal edir və bununla bağlı reytinq üzrə proqnozu “Stabil”dən “Neqativə” dəyişib.
Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime səviyyəsində təsdiqləyib. Həmçinin, Bankın qısamüddətli bank depozitləri və qısamüddətli kontragent riski üzrə reytinqi NP səviyyəsində təsdiqlənib.
Moody`s ekspertləri Bankın kapitallaşma səviyyəsinin sabit olduğunu vurğulayır – Bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,4% (398.9 mln manat), məcmu kapitalının əmsalı isə 21,4% (418.8 mln manat) təşkil edir, bu da tənzimlənmə orqanın sistem əhəmiyyətli banklar üçün müəyyən etdiyi normativ tələblərdən (6% və 12%) xeyli yüksəkdir.
Moody`s Xalq Bankın dayanıqlığını, risklərin qarşısını almaq qabiliyyəti, eləcə də sistem əhəmiyyətini nəzərə alaraq, Bankın yaxın 12-18 ay ərzində reytinq üzrə proqnozun yaxşılaşdırılmasını istisna etmir.
ASC “Xalq” Bankı Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























