“Bank Avrasiya”nın gəlirləri azalıb, əməliyyat mənfəəti geriləyib
“Bank Avrasiya” ASC 2020-ci ilin 1-ci rübünü 145 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə çoxdur. Ehtiyata ayırma azaldığından Bankın xalis mənfəəti artıb. Bankın gəlirlərində azalma müşahidə olunur.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə “Bank Avrasiya”nın cəmi əməliyyat gəlirləri 3 milyon 100 min manat, cəmi əməliyyat xərcləri isə 1 milyon 645 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 455 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 1 milyon 309 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığından ilk rübü 145 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, ötən ilin yanvar-mart dövründə “Bank Avrasiya”nın cəmi gəlirləri 3 milyon 299 min manat, cəmi xərcləri isə 1 milyon 665 min manat təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 634 min manat əməliyyat mənfəəti yaranmışdı. Bank əməliyyat mənfəətinin 1 milyon 628 min manatını ehtimal olunan depozit və kredit itkiləri üzrə yaradılan ehtiyyata ayırdığından mənfəəti 5.9 min manata düşmüşdü. 8.2 min manat gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət daxil Bankın yekun mənfəəti 14,1 min manat təşkil etmişdi.
“Bank Avrasiya”nın ilk rüb faiz gəlirləri 2 milyon 903 min manatdan 2 milyon 709 min manata, qeyri-faiz gəlirləri isə 403 min manatdan 391 min manata geriləyib.
BANK KİÇİLİB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB
Ötən ilin sonu ilə müqayisədə “Bank Avrasiya”nın kredit portfeli 914 min manat azalaraq 108 milyon 336 min manata düşüb. Bankın cəmi aktivləri isə 170 milyon 438 min manatdan 162 milyon 49 min manata geriləyib.
31 Mart 2020-ci il tarixində "Bank Avrasiya" 69 milyon 194 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























