Neft ilə bağlı proqnozlar bədbindir - İYUN MÜQAVİLƏLƏRİ DƏ TƏZYİQ ALTINDADIR
Neft qiymətləri Bazar ertəsi günü rekord enişlə tarixində ilk dəfə sıfır səviyyəsindən aşağı düşdükdən sonra yüksəlib.Neft qiymətləri, May fyuçers müqavilələri son əməliyyat günündə ikən, Bazar ertəsi günü ABŞ-da çənlərin sürətlə dolduğu bir mühitdə tarixində ilk dəfə sıfır səviyyəsindən aşağı düşdükdən sonra Asiya seansında yüksəlib.
Marja xəbər verir ki, Bazar ertəsi günü Nyu Yorkda May fyuçers müqavilələri tarixdə görünməmiş bir şəkildə düşərək mənfi 40.32 dollara qədər düşdükdən sonra 1 dollar ətrafında icra olunur. Ancaq İyun fyuçerslərinin qiyməti 21 dollardan yüksəkdir. May və İyun fyuçers müqavilələrinin qiymət fərqi, yaxın müddətili müqavilə ilə xam nefti fiziki təhfil alanlarda, neftayırma zavodlarının istehsalı dayandırdığı və çənlərin dolduğu bir mühitdə bu nefti saxlayacaq yer tapa bilməyəcəklərinə dair artan qorxuya işarə edir.
Koronavirus epidemiyasının ABŞ iqtisadiyyatını və dünya iqtisadiyyatının böyük qisimini dayanma nöqtəsinə gətirməsi ilə, neft emalı zavodları çox az xam neft istifadə edirlər. Bunun nəticəsində bazarda çox böyük miqdarda istifadə edilməmiş neft qalıb, bu səbəbdən ABŞ-ın neft şirkətləri nefti saxlamaq üçün yerləri qalmır. Nefti saxlayacaq yer qalmadığına görə heç kim müddəti başa çatmağa yaxınlaşan müqaviləni almaq ya da saxlamaq istəmir.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin direktoru və Ağ Evin keşmiş enerji məsləhətçisi Jason Bordoff, "ABŞ neftinin daha əvvəl görülməmiş bir şəkildə mənfi 40 dollara enməsinin səbəbi böyük miqyasda May müqaviləsinin vaxtının yaxınlaşmasına görə idi. Eyni zamanda, bu vəziyyət, OPEC + koalisiyasının istehsalı azaltmasının təsirini göstərənə qədər, ABŞ neft qiymətləri üzərində təsirli olan anbarların dolması və mövcud struktur problemlərini də vurğulayır",- deyir.
Qərbi Texas neftinin (WTI) ucuzlaşması, ABŞ neft bazarındakı həddindən artıq təklif vəziyyətinin necə təsirli olduğunu göstərir. Brent nefti isə, Çindəki tələbin toparlanması ilə 25 dolların üzərində icra olunur.
Qlobal investisiya bankı Goldman Sachs Inc.a görə, İyun WTI fyuçersləri ehtimalla önümüzdəki həftələrdə aşağı istiqamətli təzyiq ilə qarşılaşacaq.
WTI May fyuçersi, Nymex bazarında 1.37 dollar səviyyəsinə yüksəlib .Müqavilə Bazar ertəsi günü mənfi 37.63 dollardan bağlanmışdı. İyun fyuçers müqavilələri 4.8% yüksələrək 21.40 dollara qalxıb.
Brent nefti İyun fyuçersi Londonda ICE Futures Europe birjasında Bazar ertəsi günü 8.9% gerilədikdən sonra 0.7% də düşərək 25.39 dollara geriləyib. S&P Qlobal Plattsa görə, fiziki neftin göstəricisi Dated Brent, Çərşənbə axşamı günü 19.09 dollar səviyyəsində olub.
Fyuçers müqaviləsi - müqavilənin tərəflərinə, müəyyən miqdar və keyfiyyətdəki bir malı təyin olunan irəli bir tarixdə, bu gündən razılaşdırılan qiymətdən almaq və ya satma öhdəliyi müəyyən edən müqavilədir. Fyuçers müqaviləsi - gələcəkdə qiymətlərin yüksəlməsindən narahat olan sərmayəçilərin alış edərək; gələcəkdə qiymətlərin düşməsindən narahat olan sərmayəçilərin də satış edərək riskdən qorunmalarını təmin edir.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 19 d. əvvəl
-
47 d. əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
1 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
1 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
2 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb





















.jpg)

