SOCAR istiqrazları üzrə faizlər necə ödəniləcək?– VİDEO-MÜSAHİBƏ
«SOCAR Capital» şirkətinin nümayəndəsi Turan Talıbova faiz ödənişinin detallarını açıqlayır
- Turan xanım, xahiş edirik, ilk öncə SOCAR istiqrazları üzrə faiz ödənişi barədə məlumat verərdiniz.
- Əvvəlcə xatırladım ki, ildə 5% gəlir gətirən və dollarla buraxılan SOCAR İstiqrazları üzrə faizlər hər 3 aydan bir ödənilir. Aprelin 17-də SOCAR İstiqrazları üzrə ikinci ödəniş olacaq. SOCAR şirkəti faiz ödənişləri üçün istiqraz sahiblərinin bank hesablarına ümumilikdə 1 milyon 250 min dollar köçürəcək.
- Hər istiqraz nə qədər qazanc gətirir?
- SOCAR İstiqrazlarının sahibləri hər bir istiqraz üçün 12,5 dollar qazanc əldə edirlər. Pul bank hesabına köçürüləndə istiqraz sahiblərinin mobil nömrələrinə SMS bildiriş gələcək. İstiqraz sahibləri bu pulları istədikləri vaxt və istədikləri formada xərcləyə bilərlər.
- Faizlərin ödənişi üçün tələb olunan məbləğ SOCAR tərəfindən bank hesablarına nə vaxt köçürüləcək?
- Əvvəlcədən nəzərdə tutulan qrafikə əsasən, bu həftənin sonunda, yəni aprelin 14-də istiqrazların faiz ödənişi üçün tələb olunan məbləğ - istiqraz sahiblərinin bank hesablarına göndəriləcək. Artıq aprelin 17-də bu vəsaitlər hesablara oturacaq və onlar pullarını götürə biləcəklər.
- Bu vəsaitlərin bankdan nağd şəkildə çıxarmaqla bağlı problem olmayacaq ki?
- Xeyr, bildiyiniz kimi, hazırda onsuz da dollar vəsaitlərinin bankdan çıxarılması ilə bağlı problem yoxdur. Biz bu barədə banklarla da əlaqə saxlamışıq və onlar əmin ediblər ki, istiqraz sahiblərinin öz faiz qazaclarını bankdan çıxarmaları ilə bağlı heç bir sıxıntı olmayacaq.
- Təkrar bazarda istiqrazların alqı-satqısı üzrə aktivlik necədir?
- SOCAR İstiqrazlarının təkrar bazarda da alqı-satqısı çox aktivdir. İndiyədək təkrar bazar üzrə əməliyyatlarının həcmi 70 milyon dolları keçib.
Təkçə 2017-ci ilin 3 ayı ərzində 36 372 ədəd istiqraz alınıb-satılıb ki, bu əməliyyatın həcmi 36 milyon dollardan çoxdur.
Xüsusi olaraq qeyd etmək istərdim ki, SOCAR İstiqrazları əldə edən fiziki şəxslərin sayı çoxalıb. Bu – istiqraz bazarındakı aktivliyin ən böyük göstəricidir.
- Xarici vətəndaşlar Socar istiqrazları almağa maraq göstərirmi?
- Bəli maraq göstərir. Yüksək gəlirliyi, geri alma zəmanəti və likvidliyinin yüksək olması səbəbindən SOCAR İstiqrazları çox əlverişli bir yatırım vasitəsidir və bu xüsusiyyətlərə görə, digər yatırım alətlərini üstələyir. Nəticədə onlara yerli investorlardan savayı, xarici investorlar tərəfindən də maraq böyükdür.
- Daha çox hansı ölkələrin vətəndaşları istiqraz alırlar?
- Əsasən Rusiya, Türkiyə, Ukrayna,Gürcüstan, Qazaxstan və digər ölkəlrərin vətəndaşları müraciət edərək SOCAR İstiqrazları əldə ediblər. Hətta bəzi xarici vətəndaşlar məhz SOCAR İstiqrazlarını əldə etmək üçün başqa ölkələrdən gəliblər. Onu da qeyd etmək lazımdır ki, onlar tərəfindən alınan istiqrazlarında sayı yüksəkdir.
- SOCAR istiqrazları üzrə bundan sonrakı faiz ödənişləri nə vaxt olacaq?
- Əvvəlcədən elan olunduğu kimi, SOCAR istiqrazları üzrə faiz ödənişləri yanvarın 17-si, aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-də olacaq. İstiqrazların dövriyyədə olduğu 5 il ərzində faizlər bu qrafiklə ödəniləcək. Deməli, istiqraz sahibləri bu il ərzində növbəti faiz ödənişlərini iyulun 17-də və oktyabrın 17-də alacaqlar.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
9 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 13 d. əvvəl
-
21 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb





















