“Embafinans” gəlir və mənfəətində rekordları yeniləyir
Təşkilatın kredit portfeli, gəlirləri və xalis mənfəəti kəskin artıbBank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC 2020-ci ilin ilk rübünü 994 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin ilk rübü ilə müqayisədə “Embafinans”ın xalis mənfəəti 43% artıb. Belə ki, təşkilat ötən ilin ilk rübündə 694 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, xalis mənfəətin artması “Embafinans”ın müştərilərə verdiyi kreditlərin və faiz gəlirlərinin artmasından qaynaqlanır.
2019-cu ilin ilk rübü ilə müqayisədə 2020-ci ilin ilk rübündə “Embafinans”ın faiz gəlirləri 902 min manat və ya 53% artaraq 2 milyon 617 min manat təşkil edib.
2020-ci ilin yanvar-mart dövründə“Embafinans”ın cəmi gəlirləri 2 milyon 751 min manat, cəmi xərcləri 1 milyon 509 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən təşkilatın 1 milyon 242 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 248 min manat mənfəət vergisi ödənilib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, TƏŞKİLAT BÖYÜYÜB
2019-cu ilin ilk rübü ilə müqayisədə 2020-ci ilin ilk rübündə “Embafinans”ın müştərilərə verdiyi kreditlər (kredit portfeli) 50% artaraq 36 milyon 922 min manata çatıb. Kreditlərin artması ilə əlaqədar olaraq təşkilatın cəmi aktivləri 42% artaraq 44 milyon 437 min manata yüksəlib.
31 Mart 2020-ci il tarixində “Embafinans” 15 milyon 172 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, “Embafinans”ın faiz gəlirləri, xalis mənfəəti, aktivləri və kredit portfeli indiyədək qeydə alınmış ən yüksək rüblük məbləğlədir.
"Embafinans" mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını, əsasən də mebel və məişət texnikası mağazalarının məhsullarını kreditləşdirir. 2018-ci ildən başlayaraq "Embafinans" biznes kreditləri də təklif etməyə başlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























