PAŞA Holding fermerlər üçün 5 milyon manat ianə etdi
Holdinqin ianə etdiyi vəsaitdən kənd yerlərində 1000-ə yaxın fermer ailəsinin faydalanacağı planlaşdırılıbFermerlərə güzəştli mikrokreditlər vermək üçün PAŞA Holding Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) 5 milyon manat vəsait ianə edib.
Marja-nın əldə etdiyi məlumata görə, bununla Holdinq Azərbaycan Respublikası Prezidentinin koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək etmək məqsədilə atdığı addımı dəstəklədiyini nümayiş etdirib.
Ölkə başçısı 14 aprel 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatı üçün 30 milyon manat vəsait ayırıb.
Ayrılan vəsait fermerlərə 15 min manatadək məbləğli mikrokreditlərin verilməsinə yönələcək. 3 il müddətinə 12 ay güzəştlə verilən kreditlər bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün nəzərdə tutulub.
Holdinqin ianə etdiyi vəsaitdən kənd yerlərində 1000-ə yaxın fermer ailəsinin faydalanacağı planlaşdırılıb.
Kreditlər fermerlərə AKİA-nın müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək.
“İmzaladığımız sazişə görə PAŞA Holding-in bizə ayırdığı vəsait yalnız PAŞA Holding-ə aid olmayan müvəkkil kredit təşkilatlarımız vasitəsilə fermerlərə veriləcək. Bu razılaşma Holdinqin fermerlərlə yanaşı, həm də bank sektoruna dəstəyidir. Vəsait revolver, yəni geri qayıdan olduğu üçün ilkin mərhələdə nəzərdə tutulduğundan daha çox ailə-fermer təsərrüfatı ondan faydalanacaq”, - AKİA sədri Mirzə Əliyev belə deyib.
"Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının inkişafı üçün vacib olan istiqamətlərdən biridir. Bu sahə bizim hər zaman gündəliyimizdə olan fəaliyyət sahəsidir. Məhz buna görə də Holdinqimiz belə bir düşünülmüş sosial məsuliyyət addımı atıb. Əminik ki, ölkədə digər iri holdinq və şirkətlər də kiçik fermer təsərrüfatlarına dəstək çağırışına qoşulacaqlar”, - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov bu fikirdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























