“EY İlin iş adamı” müsabiqəsinin qalibi elan edildi
“EY Azərbaycan” tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY İlin iş adamı™” müsabiqəsinin qalibi elan edilib.
Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Müsabiqəyə kənd təsərrüfatı, mebel, tikinti, dəmir məmulatları, boru, şüşə istehsalı, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə fəaliyyət göstərən onlarla kiçik və orta sahibkar müraciət edib. Qalib seçim mərhələsindən keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 12 güclü namizəd arasından müəyyənləşib.
Pandemiya ilə bağlı mükafatlandırma mərasimi onlayn formatda keçirilib.
Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münsiflər fərqli kateqoriyalar üzrə nominantları elan ediblər.
Beləliklə, aqrar sahədə dayanıqlı inkişaf kateqoriyasında “Geotelmal Aqro” şirkətindən Rasim Əliyev, regional inkişaf nominasiyasında “Woodpecker” şirkətindən Əliyar Əliyev, innovasiyalar kateqoriyası üzrə “GoldenPay” şirkətindən Fərid İsmayılzadə və sosial təsir nominasıyası üzrə “Prometal” şirkətindən Rüfət Əzizov təltif olunublar.
“HORECA” şirkətinin təsisçisi və rəhbəri Rəşxan Qaraşlı isə “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan olunub. O, “İlin iş adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən yenilikçi iş adamları ilə mübarizə aparacaq.
“Müsabiqəni təşkil etdiyi üçün EY şirkətinə və tərəfdaşlarına minnətdarlığımı bildirirəm. Bu müsabiqə müəssisələrin daha çox uğur qazanması üçün stimul yaradır. Ümid edirəm ki, bir çox startap şirkətləri gələcəkdə bu yarışda iştirak edəcək və bu, onlara bazarda layiqli yer tutmalarına kömək edəcək. Biz də artıq müəyyən dərəcədə tanınan bir şirkət kimi yerli bazarda ilk addımlarını atan yeni şirkətlərə dəstək olmağa hazırıq” - deyə R.Qaraşlı bildirib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib: “Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY ilin iş adamı” müsabiqəsinin mükafatlandırma mərasiminin ölkəmizdə 25 aprel “Sahibkarlar Günü”nə təsadüf etməsi əlamətdar haldır. Müsabiqə dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq platformasıdır və sahibkarlıq düşüncə tərzinin təşviq edilməsi və sahibkarların motivasiya edilməsi baxımından əlverişli imkan yaradır. KOBİA bu tədbirin hər il təşkil edilməsini sahibkarlığın inkişafı istiqamətində əhəmiyyətli təşəbbüs kimi dəstəkləyir, müasir dövrün çağırışlarına uyğun olaraq yeni sahibkarlıq rol modelinin formalaşdrılması üçün birgə əməkdaşlığı zəruri hesab edir”.
“EY Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev qeyd edib: “Ölkəmizdə uğurlu iş adamlarının sayı az deyil, lakin həqiqətən təqdirəlayıq bir şirkət yaratmaq üçün siz gözlənilməz halları aradan qaldırmağı və müxtəlif çətinliklərlə üzləşməyi bacarmalısınız. Əminəm ki, məqsədyönlü və çeviklik nümayiş etdirən sahibkarlarımız bu böhrandan sonra ayağa qalxa biləcək və yaşanan çətinliklərə baxmayaraq yenilik və inkişafı dəstəkləməyə davam edəcəklər. EY şirkəti kiçik və orta sahibkarlığın inkişafına töhfə verən 2020-ci ilin “EY İlin iş adamı” müsabiqəsinin təşkilindən qürur duyur".
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Yerli müəssisələrin sahibkarlıq uğurlarını və böyümək üçün atdıqları addımları tanıyan "EY İlin iş adamı" müsabiqəsinin məqsədi bizim yerli tədarük zəncirinin inkişafına kömək etmək səylərimizlə tam uyğundur. Bu mötəbər müsabiqəni dəstəkləməyə imkan yaratdığı üçün EY şirkətinə təşəkkürümü bildirirəm və dünyanın ən güclü sahibkarları arasında Azərbaycanın nümayəndəsini də görməyi səbirsizliklə gözləyirəm".
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Ölkəmizdə ilk dəfə olaraq “EY İlin iş adamı” müsabiqəsinin keçirilməsi çox gözəl bir təcrübədir. Bu, iş adamları üçün faydalı olacaq, onlara öz potensiallarını reallaşdırmaqda kömək göstərəcək. Biz də Azərbaycan Beynəlxalq Bankı olaraq bu müsabiqə layihəsinə məmnuniyyətlə sponsorluq dəstəyi göstərdik. Çünki real sektorun inkişafı, eləcə də kiçik və orta sahibkarlığın inkişafına dəstək bizim üçün vacib istiqamətlərdən biridir. Azərbaycan Beynəlxalq Bankı bu yöndə ardıcıl tədbirlər həyata keçirir. Bank iş adamlarını bir araya gətirmək üçün hətta özünün “Sahibkarlar Klubu”nu da yaradıb. Biz hər zaman sahibkarlarımızın yanındayıq”.
“İlin İş Adamı” müsabiqəsi haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin iş adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin iş adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını təşviq etməkdir. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin iş adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə keçirilən “EY İlin iş adamı” müsabiqəsinə BP və Azərbaycan Beynəlxalq Bankı sponsor dəstəyi göstərib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 16 d. əvvəl
-
-
24 d. əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 27 d. əvvəl
-
36 d. əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
1 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Ən çox oxunanlar
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib





















