Bank of Baku-nun maliyyə vəziyyəti açıqlandı
Bank of Baku 2020-ci ilin 1-ci rübünü 1 milyon 968 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə ehtiyatlara ayırma ilə əlaqədar olaraq 7 milyon 752 min manat zərər açıqlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Bank of Bakunun cəmi əməliyyat gəlirləri 16 milyon 109 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 110 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 2 milyon 999 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 81 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 950 min manat mənfəət vergisi ödəyib. Nəticədə, Bank of Baku ilk rübü 1 milyon 968 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2019-cu ilin yanvar - mart dövründə Bank of Baku-nun cəmi gəlirləri 13 milyon 751 min manat, cəmi xərcləri isə 21 milyon 504 min manat təşkil etmişdi (xərclərin 11 milyon 483 min manatı mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara ayırma idi). Xərclər gəlirləri üstələdiyindən Bank ilk rübü 7 milyon 752 min manat zərər ilə başa vurmuşdu.
GƏLİRLƏRİ ARTIB
2019-cu ilin ilk rübündə Bank of Baku-nun faiz gəlirləri 10 milyon 505 min manat ikən, 2020-ci ilin ilk rübündə 13 milyon 502 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 1 milyon 406 min manatdan 2 milyon 607 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
2019-cu ilin sonu ilə müqayisədə ilk rübdə Bank of Baku-nun cəmi aktivləri 45 milyon 184 min manat və ya 11,8% artaraq 426 milyon 278 min manata, müştərilərə verilən kreditlər isə 21 milyon 75 min manat və ya 6,2% artaraq 359 milyon 233 min manata çatıb.
31 Mart 2020-ci il tarixində Bank of Baku 74 milyon 747 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























