Premiumbank-ın gəlirləri və əməliyyat mənfəəti azalıb
Premiumbank 2020-ci ilin 1-ci rübünü 6 milyon 55 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur Bank 2019-cu ilin 1-ci rübnü 3 milyon 15 min manat xalis mənfəət ilə bağlamışdı. İlk rübdəki xalis mənfəətin böyük hissəsi məqsədli ehtiyatlardan qayıtmadan qaynaqlanır.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Premiumbank-ın cəmi əməliyyat gəlirləri 13 milyon 403 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 909 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 494 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 4 milyon 560 min manat mənfəətə əlavə edilib və nəticədə Bankın mənfəəti 6 milyon 55 min manata yüksəlib.
GƏLİRLƏRİ AZALIB
Premiumbankın faiz gəlirləri ötən ilin ilk rübündə 10 milyon 948 min manat ikən, 2020-ci ilin ilk rübündə 8 milyon 852 min manata düşüb. Qeyri-faiz gəlirləri isə 4 milyon 745 min manatdan 4 milyon 551 min manata geriləyib.
2019-cu ilin 1-ci rübündə Premiumbank-ın əməliyyat gəlirləri 15 milyon 693 min manat, əməliyyat xərcləri 13 milyon 53 min manat, əməliyyat mənfəəti 2 milyon 640 min manat təşkil etmişdi. 2020-ci ilin ilk rübündə əməliyyat mənfəətinin 1 milyon 494 min manata düşməsi Bankın gəlirlərinin azalması ilə bağlıdır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2019-cu ilin sonu ilə müqayisədə Premiumbankın cəmi aktivləri cüzi azalaraq 640 milyon 63 min manata düşüb. Bankın müştərilərə verdiyi kreditlər isə 9 milyon 682 min manat və ya 1,7% artaraq 577 milyon 255 min manata yüksəlib.
31 Mart 2020-ci il tarixində Premiumbank 126 milyon 536 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























