“ATB Business” hər bir sahibkarın ən fəal köməkçisidir
(®️) Azər Türk Bankın “ATB Business” internet-bankçılıq xidmətinin daha bir sıra üstün cəhətləriini potensial korporativ müştərilərimizin nəzərinə çatdırırıq. Belə ki, bu xidmətdən istifadə edən sahibkar bir pəncərədən bir neçə şirkəti idarə etmək imkanı əldə edir.
Bundan başqa, şirkətlərin daxili mühasibatlıq sistemi ilə inteqrasiyası və ödənişlərin avtomatik internet-bankçılıq xidmətinə yüklənməsi hesabına əməliyyatların ayrı-ayrı proqram təminatlarında təkrar yığılmasına ehtiyac olmur. Habelə, sistemdə kütləvi ödənişlərin ümumi bir imza ilə təsdiqi imkanı da mövcüddur.
Əməkhaqqı köçürmələrini həm Excel faylları formasında olan cədvəli sistemə yükləməklə, həm də sistemdə əməkdaşların hesablarını siyahıdan seçməklə birbaşa ödənişləri həyata keçirmək mümkündür.
“ATB Business” xidməti bank əməliyyatlarının geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə və minimal komissiya xərcləri əsasında həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər barədə məlumatların nəzərdən keçirilməsi, xarici ölkələrə və ölkədaxili köçürmələri, əməkhaqqı, ƏDV və müxtəlif büdcə ödənişləri, çıxarışların əldə edilməsi və digər əməliyyatları yerinə yetirməyə imkanlar verir.
Azər Türk Bankda hesab açmaq və “ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.
Qeyd edək ki, Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri cari ilin 31 may tarixinədək onlayn müraciət əsasında hesab açaraq, “ATB Business” internet-bankçılıq xidmətinə qoşulduqda, dərhal 100 manat məbləğində bonus qazanacaq və ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
32 d. əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
-
- 37 d. əvvəl
-
1 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
3 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"






















