"Bankların inkişafı üçün kredit bürosu kredit reyestrindən daha əhəmiyyətli olacaq" - MÜSAHİBƏ
Azərbaycanın ilk özəl kredit bürosunun 51%-lik səhmdarı - İslandiyanın "Creditinfo" şirkətinin biznesin inkişafı üzrə direktoru Paul Randel müsahibə verib:
- Təmsil etdiyiniz şirkət Azərbaycanın maliyyə bazarına hansı yenilikləri gətirəcək?
- “Creditinfo” ilk növbədə bu sahədə topladığı zəngin təcrübəni Azərbaycanda yerli şəraitə uyğunlaşdırmaqla tətbiq edəcək. Bəzi qonşu dövlətlər artıq bu təcrübədən faydalanıb. Biz daim işimizi təkmilləşdiririk, müasir texnologiyalardan istifadə edirik, yeni əlavə dəyər məhsulları yaradırırq. Məsələn, onlardan biri həyacan siqnalıdır ki, maliyyə xidmətlərinin göstərilməsində böyük əhəmiyyət kəsb edir.
- Bu məhsulun mahiyyəti nədir?
- Məsələn, hər hansı şəxs bir bankdan kredit götürür, bu zaman bağladığı kredit müqaviləsində digər banklarla münasibətlərinə dair müəyyən şərtlər nəzərdə tutulur. Əgər müştəri həmin şərtləri digər banklarda kredit götürən zaman pozarsa, dərhal həyacan siqnalı ilə ilk banka bu barədə məlumat verilir.
- Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nəzdində Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidməti mövcuddur və yerli banklar aktiv şəkildə onun xidmətindən istifadə edir. İlk özəl kredit bürosunun yaranması MKR arayışlarına tələbatı azalda bilərmi?
- MBNP özəl kredit büroları haqqında qanun layihəsinin hazırlanmasına, qəbuluna, ilk büronun təşkilinə aktiv şəkildə dəstək verib. Hesab edirəm ki, MKR xidməti Palatanın nəzarət funksiyalarının həyata keçirilməsində bundan sonra da vacib rol oynayacaq, daha çox bank nəzarəti mexanizmi kimi istifadə olunacaq. Bankların inkişafı, onların riskləri daha düzgün qiymətləndirməsi üçün isə kredit bürosunun fəaliyyəti daha çox əhəmiyyətli olacaq.
- Büro nə vaxt fəaliyyətə başlayacaq? Bu, kommersiya layihəsi kimi özünü nə dərəcədə doğruldandır? Lazımi infrastrukturun yaradılmasına çəkilən xərclər hansı müddətdə səhmdarlara geri qayıdır?
- Kredit büroları ilə qanunvericilik bazasının formalaşmasından sonra təxminən 6-12 ay lazımdır ki, büro fəaliyyətə başlasın. Onun yaradılmasına çəkilən xərcləri isə 3-5 ilə geri qaytarmaq mümkündür. Sevindirici haldır ki, bunun sayəsində xarici investorlar Azərbaycanın maliyyə bazarına yatırım edir.
- Azərbaycanın kredit təşkilatları MKR xidmətindən bir dəfə istifadəyə görə 1 manat ödəyir. Kredit bürosu üçün hansısa ilkin tariflər məlumdurmu?
- Tariflər barədə büronun təsis edilməsindən sonra danışa bilərik. Bununla bağlı qərarı Müşahidə Şurası və yaxud İdarə Heyəti qəbul edəcək. Hələlik onu deyə bilərəm ki, kredit bürosu kredit tarixçəsi də daxil olmaqla müxtəlif məhsul və xidmətlər təklif edəcək, buna uyğun olaraq müxtəlif tariflər tətbiq olunacaq.
Mənbə: Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
11 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)




.jpg)



.jpg)








