“1-ci yarımildə Azərbaycan neftinin orta qiyməti 45 dollar ola bilər”
Bu ilin II rübü üzrə Azərbaycan neftinin orta rüblük qiyməti təxminən 30 ABŞ dollarından bir qədər yüksək olacaq.
Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
“Aprel ayında Azərbaycan neftinin orta aylıq qiyməti təxminən 20 ABŞ dolları, may ayında 32 ABŞ dolları təşkil edib. Azərbaycan neftinin qiyməti iyun ayında 40 ABŞ dolları olarsa, onda II rüb üzrə orta qiymət 30 ABŞ dollarından bir qədər artıq olacaq.I rüb üzrə Azərbaycan neftinin orta qiyməti 59 ABŞ dolları təşkil edib.İlin I yarısı üzrə orta qiymət isə təxminən 45 ABŞ dolları olacaq”,- o qeyd edib.
Məlum olduğu kimi, iyunun 6-da Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. Bu qərar bazar üçün vacibdirmi? Bazara necə təsir edəcək?
Bu məsələ ilə bağlı İ. Şaban qeyd edib ki, OPEC+ ölkələrinin gündəlik neft hasilatının 9,7 mln. barel azaldılmasını bir ay da uzatması qərarı çox düzgün qərardır: “Əgər OPEC+ ölkələri bu addımı atmasa idi, iyul ayının 1-dən bazara 23 ölkə tərəfindən 2 mln. barel əlavə neft həcmləri çıxarılardı. Bu neft həcmləri bazara çıxarıldıqda o həcmlərə tələbat olmasa idi, yenidən neftin qiymətlərinin kifayət qədər aşağı düşməsini müşahidə edəcəkdik”.
Ekspert qeyd edib ki, OPEC-in bu addımı neftin bir barelinin qiymətlərinin 40 ABŞ dollarından yuxarı dəhlizində saxlanmasına kömək edir. O vurğulayıb ki, bunun nə qədər saxlanması isə yaxın gələcəkdə neft hasil edən ölkələrin atacağı addımlar, onların bazardan yığışdıracağı neft həcmləri dolğun statistikasından asılıdır:
“Məsələn, Nigeriya ilə bağlı üç statistik məlumat verilmişdi, ona görə də inamsızlıq var idi. Bu səbəbdən OPEC-ın qəbul etdiyi qərara bir maddə də əlavə edildi. Bu qərara görə, kvotaya əməl edə bilməyən ölkələr növbəti iyul, avqust, hətta sentyabr aylarında azalmanı kompensasiya etməli olacaqlar. Bu baxımdan bu çox yaxşı qərardır. Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, neftin qiymətinin 40 ABŞ dollarından yuxarı həddi bütün proqnozlarda 2020-ci ilin IV rübü və ya ilin sonunda göstərilirdi. Çox sevindirici haldır ki, iyun ayından 3-də dünya bazarında bu göstərici qeydə alındı”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
3 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
3 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
4 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
4 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

























