"Blok qoyulan əmanətlər barədə Konstitusiya Məhkəməsi qərar verə bilər"
“Azərbaycan Mərkəzi Bankının lisenziyası ləğv edilmiş banklara göndərdiyi əmanət qəbulunun dayandırılması barədə məktublardan Əmanətlərin Sığortalanması Fondunun məlumatı olmaya bilər".
Bunu Marja-ya Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib.
“AG Bank və NBC Banka Mərkəzi Bankın əmanət qəbulunu qadağan etməsi barədə Fonda məktub daxil olub-olmamasını araşdırırıq. Bu barədə yaxın günlərdə məlumat verəcəyik. Fondun bu qadağadan məlumatı olmaya da bilər. Qeyd edim ki, adını çəkdiyim banklar qadağadan sonra qəbul etdikləri əmanətlərə görə Əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödəyiblər.
Biz bu əmanətlərə kompensasiyanın ödəniliməsinin mümkünlüyünü araşdırırıq. Əgər mümkün olmasa biz yekun qərarın verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Müştərilər haqqında bütün məlumatlar toplandıqdan sonra Nazirlər Kabineti vasitəsilə müraciət edəcəyik. Biz bu məsələni yayın sonunadək həll etmək niyyətindəyik”.
Qeyd edək ki, Mərkəzi Bank 2017-ci ilin Oktyabr ayından AG Bank-a, 2020-ci ilin Yanvar ayından isə NBC Banka əmanət qəbulunu qadağan edib. Bu qadağaya baxmayaraq banklar əmanət qəbuluna davam ediblər. Əmanətlərin Sığortalanması Fondu qadağadan sonra qəbul edilmiş əmanətləri blok edib və kompensasiya ödənilmir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























