Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ili mənfəətlə başa vurub
Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2019-cu ili 8,2 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 988 min manat zərərlə çıxmışdı.
Ötən il Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməliyyat gəlirləri 11,8 milyon manat (əvvəlki ilə nisbətən 41,5% çox), inzibati və digər əməliyyat xərcləri 7 milyon manat (61,3% çox), dəyərsizləşmə üzrə ehtiyat gəlirləri 5,2 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə üzrə ehtiyat xərcləri isə 1,7 milyon manat (67,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin aktivləri 16,2 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 20 dəfə artaraq 1 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 15,2 milyon manata çatıb.
Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 7,9 milyon manatdır.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









