“Mərkəzi Bankın tövsiyyəsi ilə yeni müqavilə bağlasaq da əmanətmizi qaytarmırlar”
AtaBankda 30 min manatdan artıq əmanəti olan əmanətçilərin kompensasiya ala bilməmələrinin səbəbi məlum olub.
Bankın əmanətçisi Yeganə Ömərova Marja-ya bildirib ki, əmanətlərə blok qoyulmasının səbəbi Fevral ayında 30 min manatdan artıq məbləğdə olan əmanətlərin 30 min manatdan aşağı əmanət müqavilələri üzrə yenidən rəsmiləşdirilməsidir:
“Mən 2019-cu ilin Fevral ayında 11,5% ilə AtaBanka 1 il müddətinə 45 min manat əmanət yerləşdirmişəm. 2020-ci ilin Fevral ayında AtaBankdan əmanətimi tələb etdikdə bank vermədi. Həmin vaxt Mərkəzi Bankın əməkdaşları AtaBankda işləyirdilər. Bizə tövsiyə olundu ki, 30 min manatdan yuxarı əmanətlər 30 min manatdan aşağı əmanət müqavilələri ilə rəsmiləşdirilsin. Mənim 45 min manat əmanətim sığortalı əmanət şərtlərinə uyğun 2 müqavilə ilə yenidən rəsmiləşdirildi. Mərkəzi Bankın sədri Elman Rüstəmov da mətbuata açıqlamasında bildirmişdi ki, əmanətçilər sığorta şərtlərinə uyğun olmayan əmanətlərini yeni müqavilə bağlayaraq sığortalı əmanətə çevirsinlər. Minlərlə əmanətçi Mərkəzi Bankın tövsiyəsinə əməl edərək Fevral ayında yenidən müqavilələr bağladıblar. Fevral ayında bağladığımız əmanətlər qorunan əmanətin tələblərinə tam uyğundur. Yəni Aprel ayında AtaBank-da sığorta hadisəsi baş verən zaman əmanətlərimiz sığortalı olub. Buna baxmayaraq bizə İyun ayında əmanətimiz qaytarılmadı. Bildirildi ki, Sizin əmanətlər sistemdə 30 min manatdan yüksək məbləğlərdə göründüyünə görə İyul ayının 1-ni gözləyin. İyul ayının 1-i də çatdı, lakin bizə kompensasiya ödənilmir. Əmanətlərin Sığortalanması Fondu "məsələnin araşdırıldığını" bildirməklə kifayətlənir”.
Yeganə Ömərova qeyd etdi ki, əmanətini yeni müqavilələr ilə rəsmiləşdirmiş 24 mindən çox əmanətçi var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























