Rabitəbankdan biznes sahiblərinə dəstək - 300 min manat girovsuz kredit
®️ “Rabitəbank” müştərisi olan və olmayan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 300.000 AZN-dək kredit əldə edə bilərlər.
Kampaniya şərtlərinə görə Bankın bütün filiallarından sahibkarlıq fəaliyyəti ilə məşğul, müsbət kredit tarixçəsi olan fiziki və hüquqi şəxslər minimum 30.000 AZN-dən maksimum 300.000 AZN-dək girovsuz 3 illik kredit əldə edə biləcəklər.
Ayrılacaq biznes krediti xəttinin müddəti maksimum 12 ay, kredit üzrə güzəşt müddəti də maksimum 12 aydır. Bununla yanaşı təklif olunan kreditin minimal faiz dərəcəsi (AR İKZ fondunun subsidiyasından sonra) 8%, rəsmiləşdirilmə xərci isə 0.1%-dir.
Qeyd edək ki, “Rabitəbank” tərəfindən təqdim olunan girovsuz biznes krediti kampaniyası qeyri-neft sektorunda çalışan sahibkar fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub. Bankın girovsuz kredit qaydalarının əsas məqsədi biznes sahiblərinə hazırkı pandemiyanın hökm sürdüyü iqtisadi şəraitdə dəstək olmaq, onları asan və maneəsiz maliyyə resurslarına çıxış imkanları ilə təmin etməkdir.
Kampaniya 30.12.2020 tarixinə kimi davam edəcək.
Daha ətraflı məlumat üçün “Rabitəbank”ın rəsmi internet saytını ziyarət etmək (www.rabitabank.com) və ya 133 nömrəli çağrı mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























