Dollar aparıcı valyutalara nisbətən ucuzlaşıb, minimumlarını yeniləyib
FED sədrinin çıxışından sonra minimumları yenilənən dollara təsiri baxımından bu gün birjalarda önəmli gündür.
Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşaraq, minimumlarını yeniləyib. Buna səbəb isə Amerika Mərkəzi Bankının (FED) sədrinin çərşənbə günü mətbuat konfransında çıxışı zamanı, istehlak xərclərin artmasına baxmayaraq, iqtisadi inkişafının insanlarn özlərini yalnız güvəndə hiss etdiklərində baş verəcəyini və virus rəqəmlərinin iqtisadiyyata yük olduğunu açıqlaması olub. Bununla yanaşı, kredit və debit kartdan istifadə üzrə indikatorlar da iyun ayından etibarən pisləşib. FED bir daha dayanıqlı inkişaf üçün fiskal və monetar dəstəyin labüd olduğunu vurğulayıb.
Beləliklə, son iki ilin minimumlarını yeniləyən dollar indeksinin, növbəti istiqaməti gələcək günlər ərzində yayımlanacaq önəmli fundamental göstəricilərdən asılı olacaqdır. Bu gün isə Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək Amerikanın iqtisadi inkişafı ilə bağlı önəmli statistik məlumatlar, investorların diqqət mərkəzində olacaqdır.
Dollar indeksinin dalğalandığı cari səviyyələr, Amerika iqtisadiyyatının ikinci rübdə 34% azalacağı proqnozlarını nəzərə alıb. Bu gün yayımlanacaq göstərici bundan daha pis olarsa, dollar daha da ucuzlaşa, yaxşı açıqlanarsa, dollarda eniş dalğası fonunda korreksiya müşahidə oluna bilər.
Qeyd etmək lazımdır ki, Amerika hökümətinin iqtisadi dəstək proqramı ilə yanaşı, FED də Korona böhranı ilə əlaqədar beş kredit proqramı başladıb. Bunlar şirkət istiqrazları, əmək haqlarının ödənilməsi, birbaşa biznes kreditləri, bələdiyyələr və şirkətlərin qısa müddətli borc kağızları üçün nəzərdə tutulmuş proqramlardır. İlk üç layihələrin müddətləri ilin sonuna kimi uzadıldı, dördüncü dekabrın 31-inə, sonuncu isə mart ayına kimi planlaşdırılır. Hökümətin nəzərdə həyata keçirdiyi proqram isə bu ayın sonu bitdiyi üçün bazar ertəsi təklif edilən yeni proqramın Konqresdə qəbul olunması gözlənilir. Lakin burada da partiyalar arasında ciddi fikir ayrılıqları mövcuddur, proqramın müzakirəsi və qəbulu Amerikada növbəti siyasi risk dalğası ilə müşaiyə oluna bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 d. əvvəl
-
34 d. əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
40 d. əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
49 d. əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
1 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
1 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
3 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib
Ən çox oxunanlar

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq
