"Kapital Bank" və "Cubics Technology" yeni qeyri-bank xidmət sahəsinin açılmasına dair razılığa gəldilər
Ölkənin ən innovasiyalı şirkəti ilə tərəfdaşlıqda, "Kapital Bank" elektron ticarət və digər rəqəmsal imkanlarını genişləndirir və tam yeni səviyyəyə çıxarır.
"Kapital Bank" hər zaman zamanla ayaqlaşmağa və müştərilərin biznesinin inkişafını dəstəkləməyə çalışır. Dəstək üsullarından biri Azərbaycanda biznesin rəqəmsallaşdırılması üçün innovasiya həlləri sahəsində aparıcı şirkət olan "Cubics Technology" ilə strateji tərəfdaşlıq çərçivəsində qeyri-bank xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Bu tərəfdaşlıq "Kapital Bank"ın hazırkı və potensial müştərilərinə biznesin daha səmərəli və məqsədəuyğun inkişafına yönəldilmiş "Cubics Technology"nin eksklüziv məhsullarından istifadə etməyə imkan verir.
Şirkətlərin tərəfdaşlığı aşağıdakı xidmətləri ehtiva edir:
- Brandonline – Veb, Android və iOS əməliyyat sistemlərinin əsasında mobil tətbiqlər formatında onlayn mağazanın yaradılması üçün peşəkar həll,
- Bot.az – müştərilərlə asan şəkildə əlaqə qurmaq üçün çat-bot xidməti,
- Cubics CRM – şirkət daxilində biznes proseslərinin və müştəri bazasının idarəetməsi üçün bulud həlli.
Yeni əməkdaşlıq sayəsində "Kapital Bank"ın müştəriləri üçün "Cubics" şirkətinin təqdim etdiyi bu xidmətlərə əhəmiyyətli endirimlər əldə etmək imkanı yaranır.
"Brandonline" texnologiyası və "Cubics" şirkətinin məhsulları haqqında daha ətraflı məlumatla aşağıdakı linkə keçid alaraq tanış ola bilərsiniz: www.cubics.technology
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















