“Meqa Sığorta”nın gəlirləri azalıb
“Meqa Sığorta” ASC 2020-ci ilin 1-ci yarısını 2 milyon 631 min manat xalis mənfəət ilə başa vurub.Şirkətin xalis mənfəəti ilk 6 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% artıb. Belə ki, şirkət 2020-ci ilin 1-ci yarısını 2 milyon 283 min manata xalis mənfəət ilə bağlamışdı.
Marja “Meqa Sığorta”nın yarımillik maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə cəmi gəlirlər 11 milyon 970 min manat, cəmi xərclər isə 8 milyon 682 min manat təşkil edib. Şirkət 3 milyon 288 min manat əməliyyat mənfəətindən 657 min 631 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-iyun dövründə “Meqa Sığorta”nın cəmi gəlirləri 12 milyon 303 min manat, cəmi xərcləri 9 milyon 449 min manat, əməliyyat mənfəəti 2 milyon 854 min manat təşkil etmişdi.
Şirkətin investisiya gəlirləri 739 min manatdan 589 min manata geriləyib.
YIĞILAN SIĞORTA HAQLARI AZALIB, SIĞORTA ÖDƏNİŞLƏRİ ARTIB
Şirkətin topladığı sığorta haqları ötən ilin ilk 6 ayında 14 milyon 751 min manat ikən, 2020-ci ilin eyni dövründə 13 milyon 101 min manata düşüb. Sığorta ödənişləri isə 1 milyon 667 min manatdan 2 milyon 194 min manata yüksəlib.
Şirkətin xalis mənfəətinin 15,2% artması gəlirlərin artmasından qaynaqlanmır. Ehtiyata ayırmanın, təkrarsığortaya verilən sığorta haqlarının və işlərin aparılması xərclərinin azalması “Meqa Sığorta”nın xalis mənfəətinin artmasını təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)








