"Ən "etibarlı liman" pul vahidi Dollardır"
"Morgan Stanley" 2020-dəki "dalğalı mühitdə" ən yaxşı etibarlı liman pul vahidinin dollar olduğunu qeyd edibQlobal bank və maliyyə xidmətləri şirkəti "Morgan Stanley", Çərşənbə axşamı günkü hesabatında, Yapon yeni və İsveçrə frankının nisbi olaraq etibarlı valyutalar olduğunu, ancaq 2020-dəki "dalğalı mühitdə" ABŞ dollarının ən yaxşı "etibarlı liman" pul vahidi olduğunu qeyd edib.
Dollar, rəqib pullardan ibarət səbət qarşısında, Çərşənbə axşamı günü 27 ayın ən aşağı səviyyəsinə geriləyib. Dollar indeksi, sərmayəçilərin riskli aktivlərə yönəlməsi ilə əlaqədar olaraq 92.477-ə qədər enərək 2018-ci ilin May ayından bəri ən aşağı səviyyəsini görüb. ABŞ səhmlərinin göstəricisi Standart & Poor's 500 (S&P 500) İndeksi, koronavirusdan qaynaqlanan itkinlərini geri almasının ardından bütün zamanların ən yüksək səviyyəsinə qalxıb və Mart ayındakı ən aşağı səviyyəsindən 54% yüksəlib.
Marja xəbər verir ki, "Morgan Stanley"in analitikləri hazırladıqları hesabatda, "ABŞ dollarının, xüsusilə aşağı ABŞ faizlərinin dolları "carry trade" üçün daha cazibədar pul vahidi halına gətirdiyi bu dövrdə ən yaxşı "etibarlı liman" pul vahidi olmasını gözləyirik",- bildiriblər. Ancaq analitiklər hələ də risklərin qaldığını və bu səbəbdən dolların bir qədər də düşəcəyi proqnozunu qoruyurlar.
"Carry trade" - sərmayəçilərin Dollar və Yapon yeni kimi aşağı faizli pul vahidləri ilə borclanıb, faizdən qazanc təmin etmək məqsədilə daha yüksək faizli aktivləri satın aldığı əməliyyatlara deyilir. Qeyri-müəyyənlik dövrlərində, sərmayəçilər bu yüksək faizli aktivlərdən çıxaraq təkrar borclandıqları pul vahidinə geri dönə bilərlər və bu da bu pul vahidlərini gücləndirə bilər.
Dünyanın rezerv pullarından biri olan dollar, bu ilin əvvəlində sərmayəçilər arasında yayılan qorxulardan faydalandı və Mart ayında koronavirusun ABŞ-da yayılması ilə 3.5 ilin ən yüksək səviyyəsinə yüksəlmişdi. Sərmayəçilərin təkrar təməl göstəricilərə dönməsi ilə dollar qlobal valyutalar qarşısında dəyər itirdi.
Bəzi strateqlər koronavirus təşviq paketinə bağlı müzakirələr daxil, ABŞ-dakı siyasi qeyri-müəyyənliklərin də dollara mənfi təsir etdiyini düşünürlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Ən çox oxunanlar
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub





















