İlk özəl kredit bürosu gələn ilin əvvəlində işə başlayacaq
Azərbaycanda yaradılan ilk özəl kredit bürosunun gələn ilin əvvəlində fəaliyyətə başlayacağı gözlənilir.
Bunu jurnalistlərə açıqlamasında Büronun İdarə Heyətinin sədri Elçin Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda təsisçilər tərəfindən büronun təşkilati-hüquqi forması dəqiqləşdirilir. Tezliklə yeni şirkətin dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə müraciət ediləcək: “Şirkət yəqin ki, “Creditinfo-Azerbaijan” adlanacaq”.
E.Əhmədov qeyd edib ki, kredit bürosu sadəcə məlumat bazası rolunu oynamayacaq. Yeni maliyyə qurumu bazarda monitorinqlər aparacaq, analizlər edəcək və maliyyə bazarı iştirakçılarının risklərinin maksimal dərəcədə optimallaşdırılmasına kömək edəcək.
Büroya məlumatlar təkcə banklar deyil, bank olmayan kredit təşkilatları, tədricən mobil operatorlar, kommunal xidmət qurumları, lizinq və hətta sığorta şirkətləri tərəfindən də ötürüləcək. Məqsəd odur ki, müştərilərin maliyyə sektorunun bütün iştirakçıları ilə münasibətləri, onların özlərini necə göstərməsi əvvəlcədən məlum olsun. Bunlar qərar qəbul etməkdə mühüm ünsürlərdən biridir: “Bununla yanaşı, hər bir vətəndaşa da ildə bir dəfə öz məlumatları ilə tanış olmaq imkanı yaradılacaq”.
Kredit bürosunun təsisçilərinin sayı arta bilər
Azərbaycanda yaradılan ilk özəl kredit bürosunun 22 təsisçisi olsa da, gələcəkdə bu rəqəm arta bilər.
Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev məlumat verib.
“Hazırda təsisçilər sırasında İslandiyanın “Creditinfo” şirkəti, 19 yerli bank, 1 bank olmayan kredit təşkilatı (“TBC Kredit” MMC”) və 1 sığorta şirkəti olsa da, ümid edirik ki, gələcəkdə bu sıraya maliyyə sektorunuin digər iştirakçıları da qoşulacaq”, - deyə ABA rəhbəri qeyd edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)













.jpg)