"Qısa müddətdə normal həyata qayıda bilərik"
“Bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və bizi addımların daha ehtiyatla atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik və bu, real nəticələrdə öz əksini tapır, - belə olan halda hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir”.
Bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edərkən deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda vəziyyətə uyğun şəkildə atılan addımlar öz səmərəsini verir: "Karantin rejimi öz səmərəsini verir və bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyəti aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu, qalıb və hamımızdan asılıdır ki, biz daha inamla və daha qısa müddət ərzində əlavə yumşaldıcı addımlar ataq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
"Azərkosmos"ın ixracı cüzi artıb
Ən çox oxunanlar
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb






.jpg)
.jpg)







.jpg)






