"Taksidə vahid qiymətə ehtiyac yoxdur"
"Vahid mərkəzin yaradılması düzgün deyil, hətta təhlükəlidir"
"Taksi fəaliyyətində istər dispetçer mərkəzinin yaradılması, istər kvotanın müəyyənləşdirilməsi, istərsə də vahid qiymətin tətbiqi kimi məsələlərə ehtiyac yoxdur. Əgər ehtiyac olsa belə, bunlar taksi xidmətlərində nizam-intizamın yaradılması, keyfiyyətin yüksəldilməsi istiqamətində atılacaq addımların ən sonuncularıdır".
Bunu açıqlamasında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, ilkin addım qanuni fəaliyyətin təmin olunmasıdır: "Məsələn, Bakı Nəqliyyat Agentliyinin rəsmiləri zaman-zaman açıqlamalarında taksi fəaliyyəti ilə məşğul olanların sayı barəsində müxtəlif rəqəmlər səsləndirirlər. Bu rəqəm 15-30 min arasında dəyişir. Amma faktiki olaraq fərqlənmə nişanı alanların sayı 1500 civarındadır. Bu isə o deməkdir ki, real taksi fəaliyyəti ilə məşğul olanların 10 faizdən də azı leqal, yəni mövcud tələblərə uyğun fəaliyyət göstərir. Birinci növbədə qanunauyğun fəaliyyət təmin edilməlidir. Təbii ki, bu proses tədricən həyata keçirilməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş sürücülərin xüsusi hazırlığının keçirilməsi, taksi avtomobillərinə dair tələblər icra edilməlidir və s. Belə edilsə, taksi fəaliyyəti ilə peşəkar məşğul olan şəxslərin sayı dəqiqləşəcək və stabilləşəcək. Bununla da taksi fəaliyyətində leqallıq təmin olunacaq".
Ə.Hüseynov bildirib ki, haqqında danışılan dispetçer xidməti ictimai nəqliyyat növlərindəki dispetçer xidmətindən tamamilə fərqlidir: "Məsələn, avtobus, tramvay və bu kimi nəqliyyat vasitələrində konkret qrafik var. Odur ki, dispetçer xidməti önəm kəsb edir. Avtobusun qrafikə və sxemə uyğun hərəkəti, sərnişin sıxlığı, marşrutun hərəkət sürəti, sürücülərin tibbi yoxlanışdan, avtobusların texniki baxışdan keçməsi kimi məsələləri müasir dispetçer xidməti vasitəsilə nəzarətdə saxlamaq və tənzimləmək olar. Amma taksi üçün bu mənada dispetçer xidməti yalnız daşıyıcı şirkətlər çərçivəsində zəruri ola bilər. Ümumi şəhər üçün taksilərin vahid dispetçer mərkəzi lazım deyil. Çünki bu xidmət növü sərbəstdir, taksilərin müəyyən olunmuş hərəkət qrafiki yoxdur və s. Bunu yalnız daşıyıcı şirkətlər özləri təşkil edə bilər. Şəhər üçün taksilərlə bağlı vahid məlumat bazası yaradıla bilər ki, bu da deyilən mənada dispetçer xidməti deyil. Həm də dispetçer xidməti külli miqdarda dövlət vəsaitinin xərclənməsi deməkdir. BNA dispetçer xidməti deyərkən sürücü ilə sərnişini əlaqələndirən aqreqatorluğu nəzərdə tutursa, burada vahid mərkəzin yaradılması düzgün deyil, hətta təhlükəlidir. Çünki bu məsələ sonda inhisarçılıq ilə nəticələnəcək. Vurğulanır ki, hazırda aqreqator sürücüləri istismar edir. Şübhəsiz ki, cəmi bir aqreqator olarsa, sürücülərin istismarı daha rahat olar. Alternativ olmadığı üçün öz şərtlərini diqtə edə bilər. Odur ki, buna yol vermək olmaz. Rəqabət mühiti saxlanmalıdır. Həmçinin bəzən şikayətlər olur ki, müxtəlif xarici şirkətlər, hətta erməni şirkətləri burada fəaliyyət göstərir. Öncə bu şirkətlərin hüquqi statusu, onların bazarda iştirak qaydaları müəyyən edilməlidir. Qaydalar da bu tipli məsələlrdə milli maraqlar nəzərə alınmaqla hazırlanmalıdır. Bu statusa və qaydaya uyğun olmayanlar kənarda qalmalıdır".
Taksilərdə vahid tarifin tətbiq olunması barədə təklifə münasibət bildirən hüquqşünas deyib ki, “Tənzimlənən qiymətlər haqqında” qanunda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinin prinsipləri və tənzimləmənin tətbiqi dairəsi əksini tapıb: "Taksi ilə sərnişindaşıma bu prinsiplərin təsiri altına düşmür və tənzimlənən qiymətlər dairəsinə aid edilmir. Təbii ki, bu təsadüfi deyil. Çünki, taksi sərbəst sahibkarlıq sahəsidir. Burada təbii inhisarçılıq mövcud deyil. Diqqət etsək, dövlət o sahələrdə qiymətləri tənzimləyir ki, orada təbii inhisarçılıq ola bilər: Məsələn, əhaliyə qaz, su, elektrik enerjisi, benzin satışı kimi sahələr. Eyni zamanda insanların maddi durumu və sosial həyatına təsir göstərən dərmanın, çörəyin qiyməti, metro və avtobusda gediş haqqı kimi məsələlər tənzimlənir. Taksi xidməti bunların heç biri ilə müqayisə oluna bilməz. Yəni taksi xidməti tarifinin tənzimlənməsinin nə iqtisadi, nə də sosial əsaslandırılması yoxdur. Həm də bu ideyanı ortaya atanların arqumenti yanlışdır. Deyirlər ki, qiymətləri tənzimləməklə taksi sürücülərinin qayğısına qalmaq istəyirlər. Birincisi, bunu söyləyənlərin səmimiliyi şübhəlidir. İkincisi, bunu deyənlər unudurlar ki, bu tipli məsələlərdə dövlət qiymətin yuxarı həddini müəyyən edir. Məsələn, Tarif Şurası avtobusda gediş haqqının yuxarı həddini müəyyən edib (30 qəpik). Hansısa sahibkar bu gün istəsə və buna imkanı olsa, sərnişini 10 qəpiyə, hətta havayı da daşıya bilər. Taksi də belədir. Lap dövlət tarif müəyyən etsə də, sabah biri daha aşağı qiymətlə daşıya biləcək. Əslində, qiymət məsələsini bazar özü müəyyən edəcək. Əgər əvvəl dediyim qaydalar, şərtlər dəqiq müəyyən olunsa, onlara riayət edilsə, taksi bazarında stabil, özü də həm sürücüyə, həm də sərnişinə sərfəli qiymət formalaşacaq”.
Ə.Hüseynov Bakıda pərakəndə taksi fəaliyyətinin olmasının tələbdən irəli gəldiyini bildirib: "Çünki ictimai nəqliyyat yetərincə deyil. Müəyyən istiqamətlərdə avtobuslar əlçatımlı, yaxud sərnişin sıxlığına uyğun deyil. Odur ki, həmin istiqamətlərə insanların gedə biləcəyi yeganə vasitə taksilərdir. Bakıda və Abşeron yarımadasında ictimai nəqliyyatın əlçatımlı olması maksimum həddə çatmalı, avtobuslarla daşımalar sərnişin tələbatını ödəməlidir. Xidmət keyfiyyəti artarsa, taksiyə olan ehtiyac kifayət qədər azalacaq və bu özü təbii şəkildə mövcud taksi xidmətlərinin qanun çərçivəsində fəaliyyətində çox ciddi rol oynayacaq. Bu problemlərin həlli üçün ciddi işlər həyata keçirilməlidir. Amma hazırkı yanaşma ilə bu məsələlərin həlli real görünmür".
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev Bakıda fəaliyyət göstərən taksilərdə vahid qiymətin müəyyən edilməli olduğunu deyib.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 5 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
5 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
8 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
8 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
8 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
