Gəncə və Sumqayıtda güzəştli mənzillərin tikintisinin nə vaxt yekunlaşacağı açıqlandı
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi paytaxt Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində də güzəştli mənzillərin tikintisini həyata keçirir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində inşa edilən növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksinin ümumi sahəsi 6.23 hektar təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin iyun ayının 24-də Gəncə şəhərində inşa olunan yaşayış kompleksinin tikintisi ilə tanış olmuş, ölkə başçısı Agentliyin fəaliyyətinə dair öz tövsiyə və tapşırıqlarını vermişdir.
Gəncə Yaşayış Kompleksi 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil olacaq ki, onlardan 48-nin birotaqlı, 68-nin studio tipli, 318-nin ikiotaqlı, 466-nın üçotaqlı, 86-nın isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 57, üçotaqlı mənzillərin sahəsi təqribən 75, dördotaqlı mənzillərin sahəsi təqribən 97 kvadratmetr təşkil edəcək. Yaşayış binaları ilə yanaşı 125 yerlik uşaq bağçasının, 1176 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Sumqayıt şəhərində reallaşdırılan layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 18-i birotaqlı, 18-i studio tipli, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 56, üçotaqlı mənzillərin sahəsi təqribən 74 kvadratmetr təşkil edəcək.
MİDA-nın digər yaşayış komplekslərində olduğu kimi Gəncə və Sumqayıt şəhərlərində reallaşdırılan güzəştli mənzil layihələrində də yaşayış binalarının tikintisi ilə yanaşı, insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq-oyun meydançaları istifadəyə veriləcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.
Sumqayıt şəhərində reallaşdırılan layihə üzrə bütün işlərin yaxın zamanlarda yekunlaşdırılması və binaların istismara verilməsi nəzərdə tutulur. Gəncə Yaşayış Kompleksində işlərin birinci mərhələsinin cari ildə, ikinci mərhələsinin isə 2021-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Agentlik tərəfindən davamlı olaraq münasib torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Respublikanın digər şəhər və rayonlarında da müvafiq layihələrin həyata keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
-
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
10 d. əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
13 d. əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 31 d. əvvəl
- 37 d. əvvəl
-
58 d. əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
-
1 saat əvvəl
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO






.jpg)







.jpg)







