Narahatlıq artır, neft ucuzlaşır
Asiya iqtisadiyyatlarında tələbin yavaşlaması, ABŞ-dakı avtomobil istifadəsi mövsümünün bitməsi, koronavirus pandemiyasında ikinci dalğa riski, ABŞ ilə Çin arasında gərginliyin artması və OPEC+ koalisiyasının daha çox hasilatı neft qiymətlərinin kəskin düşməsinə səbəb olub.
Marja xəbər verir ki, Asiya neftayırma zavodlarından yalnız dördü, Səudiyyə Ərəbistanının Oktyabr ayı üçün neft qiymətlərini endirməsinin ardından bu ölkədən alacağı neftin miqdarını artırmağa çalışacağını, çünki istehlakın koronavirusdan əvvəllki səviyyələrdən aşağı qaldığını qeyd ediblər. Asiya ölkələrinin endirimə çox maraq göstərməməsi dünyanın ən çox neft istehlak edən bölgəsindəki zəif tələbə işarə edir.
ABŞ Prezidenti Donald Tramp, ABŞ və Çin arasındakı iqtisadi əlaqələri azaltmaq istədiyini bildirib.Çində iş yerləri yaradacaq şirkətləri də cəzalandırmaq ilə təhdid edən Tramp, Çin ilə hal-hazırda iş görən şirkətlərin federal tenderlərə daxil olmasını qadağan edəcəyini açıqlayıb. Tramp siyasətlərini tam olaraq nə vaxt tətbiq edəcəyini bildirməyib amma belə bir hərəkəti ikinci prezidentlik dövründə edəcəkmiş kimi təqdim edib.
Analitiklər bildirilər ki, bu gün yaşanan qiymət hərəkətləri bazarların gələcəkdəki neft tələbi üçün narahat olduğunun açıq bir göstəricisidir.
Brent nefti dünən təxminən 5% ucuzlaşdıqdan sonra bu gün də 1% ucuzlaşaraq 39,42 dollardan, ABŞ xam nefti (WTI) isə 6.4 % düşdükdən sonra 1,2% də ucuzlaşaraq 36,30 dollardan ticarət olunub (saat 08:40-a olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
33 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
34 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 42 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
3 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























