Rusiyanın neft ixracının gəlirləri kəskin azalıb
Bu ilin yanvar-iyul aylarında Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər illik müqayisədə 37,7% azalaraq 43,9 mlrd. ABŞ dolları təşkil edib.
TASS-ın verdiyi məlumata görə, Rusiya neftinin ixracından iyul ayında 4,83 mlrd. dollar gəlir əldə olunub ki, bu da əvvəlki aya nisbətən 8%, əvvəlki ilin eyni ayı ilə isə müqayisədə 2,2 dəfə azdır. Bununla belə, fiziki neft ixracı təxminən 15% azalaraq 17,5 mln. ton təşkil edib. Yanvar-iyulda isə fiziki neft ixracı illik ifadədə 6% azalaraq 143,25 mln. ton olub.
Bundan başqa, "Qazprom"un 2020-ci ilin yanvar-iyul aylarında qaz ixracından əldə etdiyi gəlirlər 2019-cu ilin eyni dövrünə nisbətən 51,4% azalaraq 12,5 mlrd. dollara enib. Hesabat dövründə fiziki qaz ixracı da 17,6% azalaraq 104,6 mlrd. kubmetr təşkil edib. Təkcə iyul ayında Rusiya 1,07 mlrd. dollar dəyərində 12,4 mlrd. kubmetr qaz ixrac edib. Bu, aylıq müqayisədə dəyər ifadəsində 5,4%, həcm ifadəsində isə 10,3% azdır.
Rusiyanın neft məhsullarının ixracından gələn gəlirləri 2020-ci ilin iyul ayında aylıq nisbətdə 14,1% azalaraq 2,69 mlrd. dollar təşkil edib, rusiyalı neftçilərin xaricə benzin tədarükündən əldə etdikləri gəlirlər isə 56,8% azalaraq 86,4 mln. dollara bərabər olub. Ölkənin dizel yanacağı ixracından əldə etdiyi gəlir də iyul ayında 1,6% azalaraq 1,19 mlrd. dollar təşkil edib.
İyul ayında neft məhsulları ixracının ümumi həcmi iyun ayına nisbətən 27,5% azalıb və 10,5 mln. ton olub. 2020-ci ilin ilk yeddi ayı ərzində Rusiyanın neft məhsullarının ixracından əldə etdiyi gəlirlər illik nisbətdə 28% azalaraq 28 mlrd. dollara enib. Benzin ixracından əldə edilən gəlirlər 1,2% artaraq 1,5 mlrd. dollara, dizel yanacağından əldə edilən gəlirlər isə 26% azalaraq 12,3 mlrd. dollara düşüb. Bu dövrdə Rusiyanın ixracının həcmi 5% artaraq 85,2 mln. tona çatıb.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)











